Şou-biznes

"Nəsimi" filminə çəkilməyimə Rəşid Behbudov icazə vermədi" - əməkdar artist

4 Dekabr 2024 21:28
Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Rühəngiz Musəvi "Nəsimi" filmi ilə bağlı yarımçıq qalan arzusundan danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda müğənni "El canlı" verilişində danışıb. O bildirib ki, ona Rəşid Behbudov mane olaub:

"1972-ci ildə Mahnı Teatrında işləyirdim. Tofiq Quıiyevin gecəsində iştirak edirdim. Diktor Rafiq Hüseynov mənə yaxınlaşdı ki, Rühəngiz, İsa Hüseynov və Həsən Seyidbəyli deyir Şəmsimizi tapmışıq. Soruşdum ki, Şəms kimdi? Cavab verdi ki, "Nəsimi" filmi çəkilir, orda. Getdim, kinostudiyaya, məşq etdik. Qaldı, Rəşid Behbudovun yanına gəlib icazə almağa. Onun yanında işləyirdim. Dedi ki, bura kinostudiyadır? Ya oxumağını et, ya da kinoya çəkil. Mən də filmi seçdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.