Şou-biznes

“Wolt”un velosipedçisi müğənninin anasını vurdu - FOTO

16 Noyabr 2024 12:01
Baxış: 1 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avroviziya təmsilçimiz Dihaj "Wolt"dan şikayət edib.

Milli.Az xəbər verir ki, müğənni bu barədə öz sosial şəbəkə hesabında paylaşıb.

İfaçı "Wolt" şirkətinin velosipedçisinin onun anasını vurduğunu bildirib:

"Dünən "Wolt"un velosiped sürücüsü saat 14:55-də anamı vurub. Velosipedçi səki ilə sürürdü, anam isə işıqforda piyada zolağının üstündə dayanmışdı. Sürücü anamın kürəyinə çırpılıb və o yerə yıxılıb. Anamın başı yerə dəyib. Hətta ayaqqabısı ayağından çıxıb. Velosipedçi onun ayaqqabısını geyindirib, üzr istəyib və gedib. İndi anam axsayır! Bu, iyrəncdir".

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.