Şou-biznes

Əməkdar artist Nanənin verilişini cəzalandırdı - VİDEO

14 Noyabr 2024 14:14
Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist İlkin Əhmədov "7 Tamam" proqramında üçüncü övladının dünyaya gələcəyi xəbərini ona süpriz edənlərin cəzalandırıldığını açıqlayıb.

Milli.Az xəbər verir ki, xanəndə bu barədə ARB-də yayımlanan "Həmin Zaur" verilişində bildirib.

O qeyd edib ki, bu məsələ artıq həll olunub: "Bunu edənlər cəzalarını aldılar. Sürprizi xoşlayıram, amma evdə və ya dostlarımın əhatəsində. Xəbərim olmadan efir qarşısında və yersiz sürprizləri tək mən yox, mənəviyyatı və ləyaqəti olan heç kim xoşlamaz".

Xatırladaq ki, İ. Əhmədov sözügedən efirdən sonra həmin sürprizə çox əsəbiləşdiyini və qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.