Şou-biznes

"Xalq artisti dedi ki, Mələkxanım oxusa dünyanı dağıdaram"

10 Noyabr 2024 16:52
Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Opera mənim üçün həsrətdə qalmışdı. Sonra İraqa gedirdik. Mənə deyilmişdi ki, Leyli obrazını oxuyacaqsan, Məcnun isə Mənsum İbrahimov. Amma bir sənətkar dedi ki, dünyanı dağıdaram. Necə olur həmişə bu obrazı mən oynamışam. Xalq artisti idi, adını çəkməyəcəyəm, dünyasını dəyişib".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Qonaqcanlı" proqramında deyib. Müğənni "Leyli və Məcnun" tamaşasındakı çıxışından danışıb. O bildirib ki, adını açıqlamadığı Xalq artisti onun yolunu kəsməyə çalışıb:

"Təbii ki, mən oxudum, çünki rəhbərlik qərar vermişdi. Bakıya qayıdandan sonra Alim Qasımov operadan gedirdi. Nazirliyə dedim ki, oxumaq istəyirəm və Alim Qasımovla. Dedilər ki, Alim gedib, oxumayacaq. Söz verdim ki, oxuyacaq. Alim dedi ki, oxumuram. Getdim həyat yoldaşı Tamilla xanımın yanına. Cavab verdi ki, oxuyacaq. Sağ olsun, gəldi, bir il birlikdə məşq etdik, oxudum". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.