Zeynəb Xanlarova 89 yaşında
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətkarın bu gün 89 yaşı tamam olur.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, Bakı Pedaqoji məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.
Xalq artisti yaradıcılıq yoluna 1961-ci ildə Opera və Balet Teatrının solisti kimi başlayıb. O, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli kimi yadda qalan obrazlar yaradıb. Zeynəb Xanlarova həm də Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biri kimi musiqi tariximizə düşüb.
Dünyanın əksər ölkələrində konsertlər verən sənətkar həm də bir çox mahnıların müəllifidir. Onun haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. Musiqi fəaliyyəti ilə yanaşı, o, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olub; Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bir neçə çağırış deputatı seçilib.
Görkəmli sənətkar 1980-ci ildə "SSRİ Xalq artisti" adına layiq görülüb. O, həmçinin müstəqil Azərbaycanın ən ali mükafatları olan "Şöhrət" (1996), "İstiqlal" (2006) və "Heydər Əliyev" (2016) ordenləri ilə təltif edilib. Z. Xanlarovanın iki oğlu, altı nəvəsi var.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
XƏBƏR LENTİ
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)





