Kulinariya

Balqabaq halvası

29 Dekabr 2025 00:11
Baxış: 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az balqabaq halvası reseptini təqdim edir:

Lazım olan ərzaqlar:
Balqabaq püresi üçün:

1 kq balqabaq

1 su stəkanı şəkər tozu

Yarım su stəkanı su

1 ədəd çubuq darçın

Halva üçün:

2 dolu yemək qaşığı kərə yağı

Yarım su stəkanı günəbaxan yağı

8 dolu yemək qaşığı un

1 su stəkanı isti su

Üzəri üçün:

Tahin

Qoz ləpəsi

Darçın

Əvvəlcə balqabaq püresini hazırlamaq üçün iri kub formasında doğranmış balqabaqları geniş bir qazana yığın. Üzərinə şəkər tozunu, suyu və çubuq darçını əlavə edib qazanın qapağını örtün. Orta odda balqabaqlar tam yumşalana qədər, təxminən 30 dəqiqə bişirin. Balqabaqlar yumşaldıqdan sonra çubuq darçını içindən çıxarın və kütləni blender vasitəsilə püre halına gətirib kənara qoyun.

Halvanı hazırlamaq üçün başqa bir geniş qazanda kərə yağını və günəbaxan yağını qızdırın. Yağ əridikdən sonra unu əlavə edin və rəngi tündləşənə, qoxusu çıxana qədər yaxşıca qovurun. Un istənilən rəngi aldıqdan sonra hazırladığınız balqabaq püresini qaşıq-qaşıq unun üzərinə əlavə edərək qarışdırmağa davam edin.

Son olaraq isti suyu əlavə edib, halva tam homogen bir konsistensiya alana qədər kütləni bir-birinə yedirin. Halva hazır olduqdan sonra qazanın qapağını örtərək bir müddət dincəlməyə buraxın. Tam dincəlmiş halvaya dondurma qaşığı ilə şəkil verib servis boşqabına düzün. Süfrəyə verməzdən əvvəl üzərinə tahin gəzdirin, qoz ləpəsi və darçın səpərək dadını tamamlayın.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.