Yeni ilə sayılı günlər qalıb. Hər kəs ilin son gününü yola salıb 2026-ci ili qarşılamaq üçün hazırlıqlar görür.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bayramı evində qarşılayan şəxslər bayram alış-verişi üçün bazarlara üz tuturlar.
Biz də yolumuzu paytaxtdakı bazarlardan birindən saldıq.
Bir ailənin bayram süfrəsinin neçəyə başa gəlməsi isə maraq doğurur.
Mütəxəssislərin fikrincə, ən azından normal bayram bazarlığı üçün 250-300 manat pul ayırmaq lazımdır. Ən çox pul aparan qidalar isə ət və yağdır. Həmçinin tərəvəzlər də buraya daxildir.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az





