Qışda soyuducuda yanlış seçim elektrik pulunu artırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış aylarında soyuducu parametrlərinin yaydakı kimi saxlanılması, fərqinə varmadan enerji istehlakını artırır. Mütəxəssislərin fikrincə, havalar soyuduqda qızdırılma xərcləri ilə yanaşı, soyuducular da elektrik sərfiyyatının artmasında mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, bir çox istifadəçi yayda etdiyi tənzimləməni qış boyu dəyişmir. Lakin mühit temperaturu düşdükcə, soyuducunun daxilini soyutmaq üçün sərf etdiyi enerji təbii olaraq azalır. Qışda yüksək soyutma dərəcəsində işləyən soyuducu:
- Kompressoru gərəyindən artıq işlədir;
- Mühərrikin daha tez-tez dövrəyə girməsinə səbəb olur;
- Elektrik istehlakını 10-20% nisbətində artıra bilir.
Mətbəx temperaturunun 15-18 dərəcəyə qədər düşdüyü qış aylarında yay rejimi sadəcə enerji israfıdır.
Enerji səmərəliliyi mütəxəssislərinin tövsiyə etdiyi ideal dərəcələr:
Soyuducu bölməsi: +4 °C
Dondurucu bölməsi: -18 °C
Mexaniki düyməli köhnə modellərdə isə adətən:
Yayda: 3-4-cü səviyyə
Qışda: 1-2-ci səviyyə kifayət edir. Daha yüksək səviyyələr qidanı qorumaq yerinə, sadəcə faturanı böyüdür.
Havanın soyuq olduğu vaxtlarda aşırı soyudulan cihazlarda:
- Tərəvəz və meyvələr donaraq xarab ola bilər;
- Süd və maye məhsullar buz bağlaya bilər;
- Nəm balansı pozulduğu üçün qidalar daha tez quruyur.
Yanlış rejimdə işləyən soyuducu ildə təxminən 40-60 kWh artıq enerji sərf edir. Bu isə hazırkı qiymətlərlə ildə təxminən təxminən 20-30 AZN əlavə xərc deməkdir.
Qışda soyuducunu radiator, kombi və ya sobanın yanında yerləşdirmək böyük səhvdir. Cihaz ətrafındakı istini kompensasiya etmək üçün daha çox güclə işləməyə başlayır. Mütəxəssislər tövsiyə edir:
- Divarla cihaz arasında ən azı 5-10 sm boşluq saxlanılsın;
- Arxa barmaqlıqlar (kondensator) tozdan təmizlənsin;
- Qapaq rezinlərinin germetikliyi yoxlanılsın.
Kiçik bir toxunuşla soyuducunun dərəcəsini aşağı salmaq, həm büdcənizi qoruyur, həm də cihazın ömrünü uzadır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Rusiya ordusunun itkiləri 1,5 milyonu keçdi
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Azad edilmiş ərazilərdə 4 məscid, 7 türbə və 13 məbəddə iş aparılıb - Səadət Yusifova
-
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
-
Bakıda GES və Batareya Enerji Saxlanc Sistemi tikiləcək
-
Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Video/Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq





