Şou-biznes

Metyu Perrinin evi ölümündən bir il sonra satıldı - FOTOlar

27 Oktyabr 2024 15:54
Baxış: 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin ötən il Los-Ancelesdə vəfat etdiyi ev 8,55 milyon dollara satılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Dörd yataq və dörd vanna otağı olan evin yeni sahibi Arizonadan olan tərtibatçı və film prodüseri Anita Verma-Lalliandır.

Qeyd edək ki, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanı məlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.