Şou-biznes

Məşhur prodüser xərçəngə yoluxdu

22 Oktyabr 2024 12:43
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyndə xərçəng aşkarlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həbsxananın xəstəxanasında müalicə alan 72 yaşlı keçmiş prodüserə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub

Qeyd edək ki, 2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.

Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır. Bundan əvvəl o, ürək əməliyyatı keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.