Təcavüz və cinsi zorakılıqda təqsirləndirilən məşhur Hollivud prodüseri Harvi Vaynşteyndə xərçəng aşkarlanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həbsxananın xəstəxanasında müalicə alan 72 yaşlı keçmiş prodüserə sümük iliyi xərçənginin bir növü - xroniki miyeloid leykemiya diaqnozu qoyulub
Qeyd edək ki, 2020-ci ildə Nyu-Yorkda keçirilən məhkəmə prosesindən sonra prodüser zorlama və cinsi zorakılığa görə 23 il həbs cəzasına məhkum edilib. Keçən ilin fevralında isə ona 2013-cü ildə Los-Ancelesdə aktyora təcavüz etdiyinə görə də 16 il həbs cəzası verilib.
Xatırladaq ki, Harvi Vaynşteyn hazırda Nyu-Yorkda həbsxanadadır. Bundan əvvəl o, ürək əməliyyatı keçirib.
Milli.Az