Şou-biznes

Xatirədən ailəsi ilə bağlı qadağa

19 Oktyabr 2024 15:14
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam aparıcılara qadağa qoyub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Tarixin bir günü" verilişində deyib. O bildirib ki, şəxsi həyatı, ailəsi ilə bağlı suallara qadağa qoyub:

"Çoxdan idi belə şeylər olmurdu. Yenidən başlayıb. Ömründə ailə, uşaq danışılmırdı. İstəmirəm bu haqda sual verilsin. Hansı mahnını istəyirsiniz oxuyum. Niyə ailəm müzakirəyə səbəb olsun? Səbəb nədir? Mən başqasının ailəsi haqda bilirəm? O da bilməsin. Aparıcı sual verir, mən də cavab verməsəm deyirlər boşanıblar. Məcbur sən də oturub danışırsan. Hər şey normaldır. Həyatımda nə baş versə, deyəcəyəm belədir. Bir neçə gün foto paylaşmayanda başlayırlar ayrılıblar. Qəsdən mən də şəkil paylaşmıram".

Qeyd edək ki, Xatirə Fəxrəddin Musayev adlı şəxslə ailəlidir. Cütlüyün bir oğul övladı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.