Şou-biznes

Lalə Azərtaş bu görüntülərlə bağlı polisə müraciət etdi - VİDEO

14 Oktyabr 2024 15:08
Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Lalə Azərtaş 6 yaşlı qızına spirtli içki içdirən ata ilə bağlı polisə müraciət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında paylaşım edib. O, hüquq-mühafizə orqanlarından bununla bağlı tədbir görülməsini xahiş edib:

"Dəhşət içindəyəm. Anasının iddiasına görə, 6 yaşlı körpə atası tərəfindən içizdirilir. İçki içdikdən sonra uşağa tütün məmulatları çəkdirilir. Bir valideyn kimi bu videonu görəndən sonra həmin insanı paramparça etmək istəyirsən. İnanıram ki, aidiyyəti qurumlar bu görüntülərdən sonra dərhal hərəkətə keçəcəklər. Adam özü video çəkərək yaxınlarına göndərir ki, yaxın günlərdə qızımla mən qara torpaq altına gedəcəyik. Xahiş edirəm, bu uşağın həyatını birlikdə xilas edək". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.