Şou-biznes

"Dəmir adam" filmdəki sevgilisi ilə görüntüləndi - FOTO

14 Oktyabr 2024 11:00
Baxış: 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud aktyoru Robert Dauni görünüşünə görə tənqid edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı fotolar və şərhlər "Daily Mail"də dərc olunub.

59 yaşlı Robert Dauni "Dəmir adam" filmində onun sevgilisini canlandıran aktrisa Qvinet Peltrou ilə fotosessiyaya çəkilib. Məşhurlar qara libaslarda poz veriblər.

Oxucular aktyorun xarici görünüşünü müzakirə etməyə başlayıblar. Bəzilərinə görə, kino ulduzu dramatik şəkildə qocalıb.

"O, xəstə görünür...", "Dəhşətli görünür! Çox arıq və olduğundan çox yaşlı görünür", "Ümid edirəm ki, yaxşıdır, amma sağlam görünmür", "Robertə nə olub?", "Robertə pərəstiş edirəm, amma o, çox səliqəsiz görünür", - internet istifadəçiləri şərhlərdə yazıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.