Şou-biznes

Durov sevgilisi ilə kafedə belə görüntüləndi - FOTO

10 Oktyabr 2024 17:12
Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Telegram" sahibi Pavel Durov və övladını həbs zamanı itirən sevgilisi Yuliya Vavilova Parisdə birlikdə görüntülənib. 

Milli.Az olay-a istinadən bildirir ki, cütlüyü Fransada kafelərin birində yan-yana söhbətləşən zamanı "Antiqlyant" teleqram kanalının izləyicilərindən biri çəkib.

Fotoda Pavel qara uzunqol idman köynəyi, Yuliya isə cins şalvar və sviter geyinib.

Qeyd ki, Pavel Durov avqustun sonunda Parisdə "Telegram"da moderasiya olmadığına görə bir sıra cinayətlərdə ittiham edilərək saxlanılıb. Bir neçə gün sonra 39 yaşlı iş adamı 5 milyon avro girov müqabilində sərbəst buraxılıb. O, həbsində şübhəli bilinən kriptovalyutaçı, sevgilisi Yuliya Vavilova ilə birlikdə Fransaya uçub. Oktyabrın əvvəlində Durov Yuliyanın hamilə olduğunu və stress, eləcə də ona yönəlmiş nifrət səbəbindən uşağını itirdiyini açıqlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.