Xalası Nüşabə Musayevanı yenə məhkməyə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət əvvəl barəsində bəraət hökmü çıxarılan müğənni Nüşabə Musayeva ilə bağlı kassasiya şikayəti verilib.
Milli.Az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, müğənninin xalası Canıyeva Şahsənəm Ağaddin qızı Səbail Rayon Məhkəməsinin Musayeva Nüşabə Sabir qızı barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və bacısı qızının cəzalandırılmasını tələb edir.
Xatırladaq ki, müğənni Nüşabə Musayeva bir müddət əvvəl "Bizimləsən" verilişində atasının anasına xalası ilə xəyanət etdiyini demişdi.
Ş.Canıyeva bildirib ki, bacısı qızı canlı efirdə onun barəsində alçaldıcı ifadələr işlədib, barəsində təhqir və böhtana yol verib. O, Nüşabə Musayeva barəsində məhkəməyə Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət verib və ona dəymiş mənəvi zərərə görə müğənnidən 30 min manat təzminat da tələb edib.
Müğənni Nüşabə Musayeva isə xalasına heç bir böhtan atmadığını deyib. O, anasının vəfat etdiyi ərəfədə atası ilə xalasının evləndiyini və birgə nikahda yaşadığını yenidən təkrarlayıb. O, həqiqəti dediyini, heç bir təhqir və böhtana yol vermədiyini bildirib.
Şahsənəm Canıyeva isə həmin evliliyin kağız üzərində olduğunu və ev məsələsinə görə bacısının əri ilə rəsmi nikaha daxil olduğunu deyib.
Digər şahidlər də Şahsənəmlə Nüşabənin atası Sabir Musayevin birgə olmalarını, ər-arvad kimi yaşadıqlarını gördüklərini deyiblər.
Səbail Rayon Məhkəməsinin çıxardığı hökmlə Nüşabə Musayevaya bəraət verilib və Şahsənəm Canıyevanın təzminat tələbi rədd edilib.
Onu da qeyd edək ki, xalasının müğənni Nüşabə Musayevanın ittiham olunmasını tələb etdiyi Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, bu əməli törədən şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





