Türk serialları mövsümə tənqidlərlə başladı - Nəyi təbliğ edirlər? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türk serialları yeni mövsümə tənqidlə başlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işlərinin ssenariləri artıq təkcə izləyicilər tərəfindən deyil, rəqib serialların heyəti tərəfindən də tənqid atəşinə tuş gəlir.
Əsas iradlar məhz layihələrdə ilk bölümlərdə təhsil üçün mübarizə aparan qadınların daha sonra ailə həyatı qurmağa fokuslamasına yönəlib. Buna misal olaraq "Kızılcık şerbeti"ndə "Doğa", "Yalı çapkını"nda "Seyran" obrazlarını göstərmək olar. Hər iki obraz serialda 2 dəfə ailə qurub və təhsillə bağlı məqsədləri demək olar ki, ssenaridən çıxarılıb.
Həmçinin "Kızılcık şerbeti"ndəki "Kıvılcım" obrazının ideal iş qadınından hər mövsüm yeni eşqə yelkən açan birinə çevrilməsi bəyənilməyib.
"Bahar" serialının rejissoru Neslihan Yeşilyurt isə reytinqlərdə onları ötən "Bir gecə masalı"na söz atıb.
O, paylaşımında "Köşə yazılarında əxlaq gözətçisi kimi çıxış edənlər, məncə, seriallarda qadın obrazlarının dekolteli olmasından danışmaqdansa, elə dünən həddi-büluğa çatan gənc qızların ekranlarındakı dəstəmaz səhnələrindən yazmalısınız" deyə, bildirib.
Belə ki, serialda "Bahar" obrazını canlandıran aktrisa Demet Evqarın ekranda kombinezonda görünməsi bəyənilməyib.
Tənqid edənlər arasında Murat Soner də yer alıb. Tənqidçi də "Bir gecə masalı" ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib. O, baş rol aktyorları Burak Denizlə (33 yaş) Su Burcu Yazqın Coşkun (19 yaş) arasındakı yaş fərqinə toxunub. Həmçinin o, makiyajla qızın yaşının artırmağa çalışılmasının da uğursuz addım olduğunu vurğulayıb. O, aktrisanın gecə vaxtı mağarada dəstəmaz alakən belə üzündəki makiyajın silinməməsinə diqqət çəkib.
İzləyicilər də aktyorlar arasındakı yaş fərqini qınayıb, ekran işini pedofilliyi təbliqdə günahlandırıblar.
İzləyicilər həmçinin, yeni mövsümdə serialların keyfiyyətindən şikayətçidir. Onlar ekranda güclü qadın obrazı görmək istədikləri halda hər vəziyyətdə kişidən yardım istəyən, onun köməyinə ehtiyac duyan obrazlardan bezdiklərini ifadə ediblər. Həmçinin son vaxtlar ekran işlərində əxlaq normalarının gözlənilməməsi sevgi münasibətlərinin 2 deyil, bir neçə insan arasında keçməsi bəyənilməyib.
Sözügedən seriallarla bağlı yazılan şərhlərdən bir neçəsini təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi





