Narkotikə qurşanan Elmirin son halı - Azərbaycanın "İbo"su idi...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baku TVdə yayımlanan "Arzunun vaxtı" verilişinin yeni buraxılışı olub.
Milli.Az bildirir ki, verilişin budəfəki sayının qonağı Azərbaycanın "İbo"su kimi tanınan keçmiş müğənni Elmir Qəhrəmanov olub.
Bir zamanlar narkotik istifadəçisi olan Elmir Qəhrəmanov verilişdə bu zərərli vərdişə necə qurşanmasından və onun həyatına təsirindən danışıb.
O, narkotikə başlamaqla sanki quyunun dibinə düşdüyünü deyib:
"Əvvəllər 3000-5000 pul qazanırdım, nə istəyirdim alırdım, hətta qohumlara, ehtiyacı olan insanlara əlimdən gələn yardımı edirdim. Dostlarımla harasa dincəlmək, çay içmək üçün gedəndə ətrafda xəstə düşüncəli insanlarla rastlaşdım. Günlərin bir günü dedilər ki, "Bir dəfə yoxla, kişi deyilsən?". Mən də cavan idim, elə bildim ki, kişilik bununla ölçülür. "Bir dəfə ilə nə olacaq?" deyə düşündüm. Amma fikirləşmədim ki, səhv addım atıram, dağın zirvəsindən aşağı doğru gedirəm".
Oğlundan ayrı yaşayan keçmiş müğənni onun üçün darıxdığını söyləyib:
"Doqquz ildir ki, oğlumun həsrətini çəkirəm. Məhkəmənin qərarı ilə təhlükəli adam hesab olunduğum üçün oğluma yaxınlaşa bilmirəm. Məhkəmə belə bir rəy verib, qanuna tabeyik. Dəfələrlə gedib həsrətlə oğlumun oxuduğu məktəbə uzaqdan baxmışam. Sinif yoldaşları onun atası olduğumu biləndə "Belə görünüşdə ata olar?" deməsinlər deyə oğluma yaxınlaşmamışam. Mən ona qovuşmaq istəyirəm, amma qorxuram ki, oğlum bunu istəməsin. Çünki onun bütün uşaqlıq xəyallarını darmadağın edib, çıxıb getmişəm. Hər an ağlayan insan deyiləm, amma oğlum yadıma düşəndə hər gecə ağlayıram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





