Şou-biznes

Bahar Candan azadlığa buraxıldı

21 Sentyabr 2024 06:12
Baxış: 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, eyni iş üzrə mühakimə olunan 6 şübhəlinin hamısı sərbəst buraxılıb.

Xatırladaq ki, Bahar Candan 2023-cü ilin noyabrın 14-ü saxlanılıb, noyabrın 16-sı isə həbs edilmişdi.

Qeyd edək ki, Baharla birlikdə bacısı Nihal Candan da həbs olunmuşdu. Lakin o, bu ilin aprel ayında səhhətində yaranan problemlərə görə azadlığa buraxılmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.