"Həmin verilişlərin əməkdaşları mənə zəng edə bilmirlər”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Televiziya kanallarından dəvətlər çoxdur. Hər yerə getmirəm. Çünki aparıcıların əksəriyyəti savadsızdır. Bilirəm ki, kim mənimlə necə danışacaq ora gedirəm. Elə aparıcılar var ki, çağırır, amma bilmir ki, nədən sual versin?! Deyirəm ki, ora getməsəm yaxşıdır. Çox cılızlaşıb hər şey. Hətta bir neçə veriliş var ki, onları tamam qara siyahıma atmışam. Həmin verilişlərin əməkdaşları mənə zəng edə bilmirlər"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, Akademik Musiqili Teatrın aparıcı aktyoru Çingiz Əhmədov deyib. O daha sonra əlavə edib.
" O illərdə "Speys" tv-də Vaqif Mustafayev, Müşfiq Hətəmov məni dəvət etmişdilər, maraqlı verilişlər aparırdım. Tamaşaçılar da izləyirdilər, reytinqi də gözəl idi. Həmin televiziyanın rəhbərliyi dəyişəndən sonra mən özümə ora getməyi qadağan etmişəm. Maraqlı şou aparmaq təklifi gəlsə məmnuniyyətlə dəvəti qəbul edərəm. Yadınızdadırsa Ans kanalında həftəiçi 5 gün "Yeriniz məlum" verilişinin aparıcılığını edirdim. Necə maraqlı idi. Hər dəfə reytinqdə birinci idi. Bu gün illərlə efirlərə çıxmasam da tamaşaçı bilir ki, Çingiz var. Sözümü deyən aktyorlardanam" deyə aktyor bildirib.
Sənətkar görkəmli aktrisa Nəsibə Zeynalova ilə qohum olduğunu bildirib.
"Mən ona "məmə" deyirdim. Nəsibə xanımla qohum da olsaq onun mənim üzərimdə heç bir əməyi olmayıb. Göydə Allah, yerdə öz istedadım olub ki, mən Nəsibə xanımla, Əliağa Ağayevlə, Fazil Salayevlə, Bahadur Əliyevlə, Əli Zeynalovla tərəf müqabili olmuşam. Onlar da hər zaman məni çox istəyiblər. 1984-cü ildən də Musiqili teatrda işləyirəm. Aktrisa Ofeliya Məmmədzadə qolumdan tutub məni ora aparıb. Mən ora gedəndə artıq məşhur idim. Böyük rollar oynamışam. Allah qəni-qəni rəhmət etsin, Hacıbaba Bağırovun dəvəti ilə ikinci dəfə teatra qayıtmışam. Mart ayının 14-ü 40 il oldu ki, Akademik Musiqili Teatrda çalışıram. Heç kimin adından istifadə edib, kölgəsində böyüməmişəm. Nəsibə xanım nənəmlə dayıqızı bibiqızı olub. Bilənlər bilir, bilməyənlərin yadına salıram. Nəsibə xanımla birlikdə oynamışam, qastrollarda olmuşam. O vaxtı lapetlərin üstündə sovxozlarda, kalxozlarda oynamışıq. İndi Nəsibə xanım haqda elə xatirələr danışırlar ki.. Heç onu görməyiblər ee. Kimdənsə nəsə götürüb danışırlar. Adından istifadə edirlər. Tamaşaçı gözəl bilir ki, kim kimdir? Nəsibə xanımdan bir dənə idi. Gəldi və getdi. Kimlərsə özünü kiməsə bənzədir. Bu gün elə qocaman aktyorlar var ki, demək olar ki, tamaşaçıları yoxdur. Dünyasını dəyişən dəyişib. Yerdə qalan aktyorları isə istəmirlər. Nəsibə xanım həmişə deyirdi ki, aktyorda, müğənnidə, diktorda "idi kamni" olmalıdır. Onların artıq publikası yoxdur. Özlərini oda-közə vururlar, amma yadda qalmırlar. Qurban olum Allaha, Sovet dövründə də insanlar məni qəbul edib, indiki durğunluq dövründə də. Bunu tamaşalardan, səhnəyə çıxanda alqışlardan hiss edirəm. Səsim gələndə zaldakı tamaşaçı alqışlarını əsirgəmir" deyə sənətkar bildirib.
Tanınmış aktyor bu günki komediya aktyorlarından və ssenarilərdən narazıdır.
"Ümumiyyətlə hər 300 ildən bir insanlar da, zövqlər də, tamaşaçılar da dəyişir. O vaxt Mirzəağa Əliyev, Sidqi Ruhulla var idi. O dövr getdi, sonra gəldi Hacıbaba, Lütfəli, Bəşir dövrü. Bu gün cavanlar gəlir, amma yumor cəhətdən cavanlarımız çox zəifdir. Vokalistlərimiz yetişir, amma yumorlu gənclər yoxdur. O vaxt "Yeriniz məlum" verilişində Hacıbaba Bağırov dedi ki, mən bilirəm ki, sabah məndən sonra rollarımı Çingiz oynayacaq, təlxək yox. Amma mən sabah estafeti kimə ötürəcəyəm o yoxdur. O vaxt yazarlar, ssenaristlər var idi. Biz onların yazdıqlarını oynayırdıq, əndazədən kənara çıxmırdıq. Bu gün ağıllarına nə gəlir, yuxuda nə görürlərsə, onu da yazırlar və başlayırlar oynamağa. Baxırsan ki, bunun duzu yoxdur, şitdir. Müəyyən istedadlı uşaqlar var ki, onların xətirlərini çox istəyirəm. Məsələn, Ənvərlə, Həsrətlə "Nikolayın evi" serialında çəkilmişəm. Həmişə axtarışdadırlar. Onlara uğurlar arzulayıram" deyə aktyor bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır





