Flora Kərimova Ülviyyə Alovlunu yenidən məhkəməyə verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Flora Kərimova yenidən müğənni Afət Fərmanqızı ilə aralarında olan məhkəmə prosesindən narazı olduğunu bildirib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu işdə hakim Abbas Rzayevi günahlandırıb. F.Kərimova həmçinin, jurnalist Ülviyyə Alovludan yenidən şikayətçi olduğunu bildirib.
"Abbas Rzayev, sizin hakimlik üslubunuzu artıq millət şərh edir. Əhval-ruhiyyənizdən sezirəm ki, Siz Afətin "mən ad çəkmədim" cümləsindən istifadə edib onu da mı Ülviyyə sayağı xilas etmək niyyətindəsiz? Görünür, öncəkini cəzasız qoyduğunuzu bu dəfə də təkrarlamaq niyyətindəsiz. Məhkəmə zalında üzünüzə: "məni heç kim axtarmayıb, Binəqədi məhkəməsinə (şəxsən sizi nəzərdə tutaraq) zəng elədim" dedi. "Ele bir şey yoxdur, səni axtarmırlar" deyəndə, "Bandotdel"ə (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsini nəzərdə tutaraq), Baş Polis İdarəsinə zəng elədim, soruşdum, dedilər "sizi axtarmırıq" deyəndə, soruşmadınız ki - "Sən kimsən ki, ölkənin güc strukturlarına belə rahat zəng edib nəsə soruşursan?". Əksinə, Siz susduz. "Zəng elədim" deməklə sizə nəyi eşitdirib? Sonra sevincək "Mən qalibəm", "Məni heç kim axtarmır" deməklə təkrar üzünüzə durub sizi və Baş Polis İdarəsini yalançı etdiyini də nə səbəbə susmaqla qarşıladız? Verdiyiniz arxayınlığın davamıdır ki, Ülviyyəyə ikinci cinayət işi Yasamal məhkəməsinə təqdim olunub. Bunu da deyim bilməyənlər də bilsin.
Yoxsa, Ülviyyənin cəzasızlığından ilham alan Afət də 2019-cu ildən dayanmadan ünvanıma dediklərindən sonra, 2024-cü ilin martından susaraq "məsumə", "böyük-kiçik dəyəri bilən" rolu oynamağı Sizin xilasetmə işinizə yarayacaq?! Beş (5) il dayanmadan, ünvanıma şəhlədiyi nalayiq təhqir və böhtanlarla Afətdəmi cəzasız qalacaq? Abbas Rzayev, əmin olun, "barışdırmaq vəzifə borcumdur" deyib, o pərdə altında "yaxşılıq" niyyətiniz Afətə daha baha başa gələcək. Sizin hakim olaraq ən böyük vəzifə borcunuz zərərçəkmişin - yəni mənim haqlarımı bərpa etməkdir! Bacarırsınızsa, edin. İstəmirsinizsə, bu artıq hamıya aydın sizin hədəfdir. Afətin ünvanıma indən belə ən azı iki məhkəməlik təhqirlərinə də susmayacağam.
Haqqımı çeynəyə bilən, yolumdan çəkindirə bilən, insan yoxdur və olmayacaq. Bu dünyanın məhşərini axirətə saxlayan deyiləm, bundan varlığım qədər əmin olun. Ümid edirəm qərarınız and içdiyiniz konstitusiyaya layiq olacaq.
Sabah (bu gün - red.) Afət Fərman qızının Binəqədi rayon məhkəməsində 17:00-da son dinləməsi olacaq".
Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı. Sənətçi məhkəmənin onun xeyrinə qərar verdiyini açıqlamışdı.
Həmçinin, Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millimizin Litva ilə oyununda start heyəti açıqlandı
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı





