Şou-biznes

Teylor Sviftin konsertində terror törətmək istədilər

7 Avqust 2024 21:34
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya polisi amerikalı müğənni Teylor Sviftin konserti zamanı terror aktı törətməyi planlaşdıran iki nəfəri saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ORF portalı məlumat yayıb.

Saxlanılanlardan birinin 19 yaşı var, ondan kimyəvi maddə götürülüb və analiz üçün müvafiq quruma göndərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, saxlanılanların hədəfi Sviftin konsertləri də daxil olmaqla, böyük izdihamlı tədbirlər ola bilərdi.

Vyanada müğənni avqustun 8-10-da üç konsert verəcək.

Konsertlərin keçiriləcəyi stadionun ərazisində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.