Villa, otel alan teleaparıcılar pulu bu yolla qazanırmış... - Sirr açıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aparıcı Yelena Sidorenko son müsahibəsində aparıcıların maaşı mövzusuna toxunub. Keçmiş illərdən danışan teleaparıcı o vaxt çox aşağı maaşa işlədiyini etiraf edib.
Maraqlıdır, bu gün vəziyyət necədir?
Tamaşaçılar adətən düşünür ki, aparıcıların imkanı çox yaxşıdır, onlar lüks həyat yaşayırlar. onlayn aptek
Bəs görəsən, bu,həqiqətənmi belədir?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan tanınmış teleaparıcı Amil Xəlil bildirib ki, bu gün lüks həyat yaşayan teleapacılar kifayət qədərdir:
"O vaxtkı dövrlə müqayisədə, təkcə aparıcıların deyil, müxbirlərin, operatorların, montajçıların da maaşı yüksəkdir.
Amma elə adamlar var ki, maaşdan çox çəkilişlərdən pul qazanırlar. O vaxt belə bir deyim var idi "müəllimlə həkimi xalq saxlayar", bu hal indi də davam edir. Yaxşılardan iraq, hələ də həkimlər pul verilərsə, götürürlər. Eyni hal müxbirlərlə də yaşanır.
Biz çəkilişlərə gedirik, hər hansı problemi işıqlandırırıq, bəzən həmin qəsəbənin və ya kəndin sakinləri öz aralarında yığışıb 20-30 manatdan toplayırlar, gətirib 200-300 manat vermək istəyirlər ki, şirinlikdir. Allah şahiddir ki, mən bu cür sakinlərdən heç vaxt pul götürməmişəm, pullarını özlərinə qaytarmışam.
Onlar buna təəccüblənirdilər ki, bu necə ola bilər, axı o gün filan məhləyə filan telekanalın əməkdaşları gəlmişdi, onlar pulu götürdülər, hətta dedilər azdır, məbləği artırın. Bu cür yollarla "qazanan" layihə rəhbərləri, aparıcılar yaxşı yaşayırlar.
İndi tək maaşdan yox, həm də bu cür yollarla qazanırlar. Məsələn, musiqili verilişdə heç kəsin tanımadığı gənc müğənni çağırılıb təriflənirsə, bu o deməkdir ki, aparıcı həmin müğənnidən ən azı 1000 manat alıb. Adını çəkmək istəmədiyim musiqili veriliş var, bu gün ora çıxmaq 2000-3000 manat arasındadır. Adam deyir ki, mənim qiymətim budur, bu pulu ona verən ifaçılar da var. Ona görə musiqi mədəniyyətimiz bu gündədir".
Amil Xəlilin sözlərinə görə, ölkəmizdə hətta otelləri, bir neçə villası olan aparıcılar da var:
"Aparıcılar arasında lüks həyat yaşayanların olduğu hamıya bəllidir. O vaxt dövlət televiziyasında çalışan çox savadlı, təcrübəli aparıcılarımız vardı, 25-30 il televiziyada çalışmaqlarına baxmayaraq, bir otaqlı evdə yaşayırdılar. Amma bu gün belə deyil, aparıcılar başqa yollarla da pul qazanırlar, lüks həyat yaşayırlar, hətta bəzilərinin otelləri, bir neçə villası, bağ evləri var. Bəzən hansısa rayona gedirsən, ucu-bucağı görünməyən villa ilə qarşılaşırsan. Rayon sakinləri deyir ki, filan xanım aparıcınındır.
Elə aparıcı var ki, toy məclislərinə gedir oradan qazanır. Hətta bəzən toy verilişi çəkməyə gedən aparıcı da toy yiyəsinə deyir ki, 1000 manat ver, toyun açılışını mən edim. Elə aparıcı var ki, Rusiyada 5 min manata "tamadalıq" edir. İnsanlarda da günah çoxdur, İQ səviyyəsi aşağı olan, iki cümləni ard-arda danışa bilməyən aparıcıları toylarına çağırırlar, halbuki həmin pulun yarısını şairlərə, qəzəlxanlara verib məclislərinə gətirtsələr, daha mənalı məclis keçər.
Sponsorların, müğənnilərin, sıravi vətəndaşların hesabına lüks həyat yaşayan teleaparıcılar kifayət qədərdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
XƏBƏR LENTİ
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
UEFA Millətlər Liqası: Emreli hesabı bərabərləşdirdi - Yenilənib
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi
-
Lavrov: Türkiyə bilir ki, bizim razılığımız olmadan S-400-ləri heç kimə verə bilməz
-
Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi - (Foto)
-
Ceyran Haşımovanın səhhəti pişləşdi
-
Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”





