“Hamı məni “bomba aparıcı” kimi tanıyırdı, 170 manat maaş alırdım” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Uşaqlığım kasıbçılıqla assosiyasiya olunur. Vaxt var idi, məktəbdə üç il eyni paltarda və ayaqqabıda gəzirdim".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Yelena Sidorenko 1news.az-a müsahibəsində deyib.
O, atasını 16 yaşında itirdiyini bildirib: "Atam yataq xəstəsi olanda universitetə qəbul olmağa hazırlaşırdım. Evə gəlirdim, ona yemək verirdim, sonra işə qaçırdım. Eyni zamanda bal rəqsləri müəlliminin köməkçisi kimi işləyirdim. Uşaqlıqdan bu rəqslə məşğul olurdum. Atam uzun müddət xəstə olduğundan böyük məbləğdə borcumuz yaranmışdı. O vəfat edəndə anam pul qazanmaq üçün getməli oldu, çünki Bakıda belə bir imkanı yox idi.
Bu, çox çətin dönəm idi. Bir çox vəzifələrdə işləyirdim, amma daha çox 8-ci kilometr adlanan bazarda kofe satmağım yadımda qalıb. O vaxt mənə çox ağrılı gəlirdi... Birincisi, yay idi, istiyə dözümüm yoxdur. Kiçik yük maşınında gəzib marketlərə girirdim və deyirdim: "Salam, müəllim. Yeni bir kofe var, almaq istəməzsiz?" Təsəvvür edin, göygöz sarısaç qız girir və qarınlı dayı özündənrazı şəkildə yaxınlaşıb deyir: "Qəşəng qız, gəl görüm nə istəyirsən?" Və sən məcbur ona yeni kofe haqda danışırsan. Bu istidə işlədiyimə və bu dayıları gördüyümə görə özümə nifrət edirdim... Bu şirkətdə cəmi bir neçə ay işlədim, amma ömrümün sonunadək unutmayacağam.
Həmin dövrdə mənimlə bir sürücü işləyirdi. Xatırlayıram, bütün qazandığı pulu kontura xərcləyirdi və sevdiyi qıza zəng edirdi. Kontur isə o vaxt çox bahalı idi. Ona deyirdim: "Bilirsən, gün gələcək və biz buna güləcəyik". Sonra yollarımız ayrıldı...
Kofe satanda 16 yaşım var idi. 17 yaşımda artıq televiziyada çalışırdım, 21 yaşımda isə növbəti arzum reallaşdı və maşın aldım. Həmin sürücünü sənədlərimi alanda gördüm. Danışdıq. Öyrəndim ki, polisdə işləyir və cənab Prezidenti kortejdə müşayiət edir. Bir də öyrəndim ki, həmin qızla evlənib və iki uşağı var. Bu, təəccüblü görüş idi. Həmin çətin dövr haqda xatirələr yada düşdü..."
Sidorenko ona məşhurluq gətirən ANS telekanalı ilə bağlı bəzi məqamları açıqlayıb: "ANS-də "X-dance" rəqs müsabiqəsində iştirakımdan sonra telekanalın direktoru Vahid Mustafayevin dəvəti ilə işləməyə başladım. Deyə bilmərəm ki, bununla da çətinliklərim bitdi. ANS-də işlədiyim beş il ərzində hər gün dəhlizdə ağlayırdım. Çünki həmişə kimsə xətrimə dəyirdi, sıxışdırırdı. İnsanlar qəbul edə bilmirdi ki, məktəbi yenicə bitirmiş hansısa qızcığaz axşam xəbərlərini apara bilər. Onlar başa düşmürdülər ki, bu qızcığaz bura tam təsadüfən, özü də istəmədən düşüb.
Kənardan hamı düşünürdü ki, mən bütün ölkənin tanıdığı ən bomba aparıcıyam, əslində isə bu "bomba aparıcı" evə metroda gedirdi və 170 manat maaş alırdı. Bu populyarlığın arxasında nəyin durduğunu heç kim bilmirdi. Bundan əlavə, ANS-dəki işimdən sonra rəqs dərsi keçməyə gedirdim, çünki maaşım heç nəyə çatmırdı. Gecə 12-də özümü güclə evə çatdırırdım və başa düşürdüm ki, sabah bütün bunlar yenidən təkarlanacaq. Həyatım mübarizədən ibarət idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
Rəqsanə həbsxanadakı günləri barədə: "Hər gün yanıma dörd sərçə gəlirdi"
-
Ceki Çan Bakıda (Foto)
XƏBƏR LENTİ
-
Konserv qapağı şişsə nə baş verər?
-
Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir - səbəb
-
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən-dən qalacaq
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb





