"Övladlığa götürülməmişəm" - Jerarddan Roza Zərgərliyə cavab - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:57
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Jerard Qafarov işsizlikdən və yemək almağa pul tapmamasından şikayətlənib. O, sosial media hesabında bu fikirləri yazıb: "4-5 gündür ki, işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müğənni Roza Zərgərli "Instagram" hesabında paylaşım edərək qeyd edib ki, Jerard dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi.
Ətraflı
Redaksiyanın əməkdaşı mövzunun detallarını öyrənmək üçün Jerard Qafarovla əlaqə saxlayıb.
O, cəmiyyətdə yanlış fikir formalaşdığını qeyd edib:
"Roza xanımla bir problemim yoxdur. Sadəcə, öz durumumu paylaşaraq insanlardan yardım istədim. Söhbət pulda deyil. Özümü dolandırmaq üçün iş axtarıram. Çünki hara işə düzəlsəm, internatda böyüdüyümü biləndən sonra məni işdən kənarlaşdırırlar. Roza xanımla uşaq evində tanış olmuşam. Evinə qonaq getmişəm, bayramdan-bayrama görüşmüşük. Ayda-ildə bir dəfə cibimə xərcliyə pul qoyub. Bu yardım kiminsə həyatını dəyişəcək gücdə deyil. Roza xanımın əleyhinə danışmıram, sadəcə, öz vəziyyətimi paylaşmışam. İnanmayan şəxsləri də yaşadığım yerə dəvət edirəm. Gəlib reallıqla tanış olsunlar. Ağ günə çıxa bilməmişəm. Mən də yaşamaq istəyirəm.
Roza xanımın mənə daim dəstək olması ilə bağlı cəmiyyətdə yanlış fikir yaranıb. Elə bir situasiya olsa, son paylaşımı etməzdim. Roza xanımla əlaqəm yoxdur, 4 ilə yaxındır ki, uzaq yaşayıram. 4 il ərzində ayda-ildə bir dəfə "salam-sağ ol" edərik. Bu müddət ərzində müxtəlif yerlərdə fəhlə işləmişəm. Fəhləlikdən də yorulmuşam, daimi, normal işim yoxdur ki, həyatımı yaşaya bilim. Roza xanım məni heç vaxt işə düzəltməyib. Sadəcə, bayramdan-bayrama eyni məkanda olmuşuq".
Jerard onu da qeyd edib ki, qanuni olaraq dövlət himayəsində hesab edilir: "Məni heç kim övladlığa götürməyib. Elə bir şey yoxdur. Uşaq evi qeydiyyatındayam. Roza xanım paylaşım edib ki, guya mən dilənçilik edirəm. Xeyr, elə deyil. Dilənçilik etmirəm, insanlardan dəstək istəyirəm. Pul almaq bir-iki dəfə olur, yalnız iş istəyirəm".
Qeyd edək ki, Jerardın qardaşı Corc Qafarov aktyordur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var.
------------
12:21
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov işsizlikdən şikayətlənib.
Bu barədə Jerard sosial media hesabında yazıb. O, işsiz olduğunu, yeməyə pul tapmadığını açıqlayıb: "4-5 gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm".
Milli.Az bildiri ki, məsələ ilə bağlı müğənni Roza Zərgərli "Qafqazinfo"ya açıqlama verib.
O, Jerardın yazdıqlarına belə reaksiya bildirib: "Balaca oğlumun 26 yaşı var, hərbi xidmətdə olub. 22 yaşında himayəmdən çıxıb, çünki artıq həddi-büluğa çatmış oğlandır. İşlə də, hər şeylə də təmin etmişik. Bu insan dilənçiliyi, xalqa müraciəti daha üstün tutur, nəinki iş görməyi. İki qardaşdırlar. Böyük qardaşını da hamı tanıyır, 30 yaşı var. Əgər bir evin iki uşağından biri işləyir, məvacib qazanır və özünü dolandırırsa, 26 yaşında bir gənc bugünkü gündə Azərbaycanda bir işdə dayana bilmirsə, artıq problem həmin gəncdədir. Dövlətimizdə bu dəqiqə işsizlik deyilən bir şey yoxdur. Dövlətimiz vaxtında hər ikisini evlə təmin edib. Mənim rayondan gələn qan qohumum olan elə uşaqlar var ki, həm təhsil alırlar, həm də işləyib öz gündəlik xərclərini qarşılayırlar. O gənclə bu gənc arasında nə fərq var? Yaş fərqi var. O gənclər daha körpədir. Bunun isə 26 yaşı var. 26 yaşlı gənc Azərbaycanda artıq ailə başçısı olur, nüfuzu olur. Bu insanın özünün psixoloji problemləri var. Bu haqda bir daha danışmayacağam. Allah hər şeyi görür".
Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur. R. Zərgərlinin Bənövşə adlı doğma qızı da var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





