Şou-biznes

Məşhur türkiyəli aktyor vəfat etdi - FOTO

31 İyul 2024 10:34
Baxış: 2 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur aktyor Genco Erkal vəfat edib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 86 yaşlı aktyor qan xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, aktyor bir müddət əvvəl vida məktubu yaymışdı.

1938-ci ilin martında İstanbulda anadan olan Genco Erkal həm teatr, həm də kino aktyoru kimi tanınıb. Aktyor yaratdığı "Dostlar teatrı" ilə Türkiyədə siyasi teatrın inkişaf etdirilməsində əsaslı rol oynayıb. Genco Erkal yaradıcılığının bir dönəmində Türkiyənin dünyaca məşhur şairi Nazım Hikmetin şeirlərinin özünəməxsus qiraəti ilə məşhurluq qazanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.