Şou-biznes

Ancelina Coli ilə Bred Pittin oğlunu maşın vurdu

30 İyul 2024 17:51
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzları Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin oğlu Paks qəzaya düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, elektrikli velosiped sürərkən Los-Ancelesdə yol ayrıcında avtomobil onu vurub. Bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, 20 yaşlı Paks dəbilqə taxmayıb. Sürücü təcili yardım və polis çağırıb. Müayinədən sonra o beyin qanaması qorxusundan xəstəxanaya çatdırılıb. Nəticədə zərərçəkmişə kəllə-beyin travması və omba nahiyəsindən əzilmiş diaqnozu qoyulub. Onun yaxın zamanda xəstəxanadan buraxılacağı deyilib.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var: bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.