Rüfətdən Elzaya sərt sözlər: "Onun çəkisi üçün deyil, məndə səhv tuta"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meyxanaçı Rüfət Nasosnu Əməkdar artist Elza Seyidcahanın onun ifasını tənqid etməsinə sərt reaksiya verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində müğənninin ünvanına sərt sözlər deyib:
"Bir müğənni deyir ki, onun adını çəksəm reklam olar. Amma mən onun adını çəksəm onun üçün fəxr olar. Qadındır, ancaq xanımlıq etmir. İki verilişdə mənim mahnımı səsləndirib, ağzımı əyib. "Yarə, yarə" mahnımı "tsarə, tsarə" oxuyub. Özünə hörmət edən adam kiminsə ağzını əyməz. Olmaz. Mən Bax, Motsart deyiləm, Rüfətəm. Özümə uyğun mahnılar bəstələyirəm, sözünü də özüm yazıram".
Əvvəlcə Seyidcahanın adını çəkmək istəməyən Rüfət studiyadakıların "Söhbət Elza Seyidcahandan gedir" sözünü təsdiqləyərək bunları əlavə edib:
"Həmin xanıma demək istəyirəm ki, bəstəkarlıq fakültəsini bitirmisiniz, amma necə daxil olmağınız bilinmir. Maraqlı da deyil. Qramatika cəhətdən mənimlə mübahisə etmək iqtidarında deyilsiniz. Ali təhsilliyəm, ikinci universitetə də daxil olmuşam. Təhsilim, savadım var. Mənə tələffüzdə səhv tuta bilməzsən. Siz və sizin kimi düşünənləri çəkisi üçün deyil məndə səhv tutasınız".
Qeyd edək ki, E.Seyidcahan "Baxırsan ki, meyxanaçıdır adını "söz xiridarı" qoyub, amma "ç" hərifi ilə olan sözləri ifadə edəndə "ts" deyir. "Çarə" sözünə "tsarə" deyir. Əgər sənin dilində və nitqində qüsur varsa, səni efirə buraxmamalıdırlar. O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın. Misal üçün, sizi sevən gənclər "canım" sözünə "dzanım", "çarə" sözünə isə "tsarə" deyəcəklər. Söyləyəcəklər ki, bu meyxanaçı bahalı avtomobil sürüb, bahalı paltar geyinir və "çarə"yə "tsarə" deyir, qoy mən də o sözü elə deyim" açıqlamasını verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





