Azər Aydəmir kimdir? - Prokuror, qumarbaz, malakan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lent.az "Bioqrafiya" rubrikasında aktyor, ssenarist, prodüser Azər Aydəmir barədə məlumat verir.
- Azər Aydəmir harada və nə zaman anadan olub?
Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
- Azər Aydəmir milliyyətcə azərbaycanlıdır?
Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən.
- Azər Aydəmir aktyorluq təhsili alıb?
Yox. O İqtisad Universitetinə daxil olsa da, təhsilini başa vurmayıb, birinci kursdan yarımçıq qoyub.
- Azər Aydəmir aktyorluğa qədər hansı işlərdə çalışıb?
Azəravtoyol QSC-nin nəznində olan, "Azərbaycan Yolları", "Zirvə Yolu", "Revanş" qəzetlərində müxbir, neft jurnalı olan "Caspian Energy" də, müxbir və reklam meneceri, bir sıra avtomobil şirkətlərində PR və Marketing meneceri vəzifəsində çalışıb. 2008-ci ildə Zirvə Motors (İsuzu) Şirkətinin direktoru işləyib. 2005-ci ildən 2014-cü ilə kimi paralel olaraq restoran və hotelçilik fəaliyyəti ilə məşğul olub. Bakının tanınmış karaoke klublarının (Z CLUB) əsasını qoyub, tədbirlərin təşkilatçısı kimi fəaliyyət göstərib.
- Azər Aydəmir tək böyüyüb?
O, bu suala belə cavab verib: "Mən erkən, 8 yaşımda atamı itirmişdim. Və anam məni gec dünyaya gətirib, haradasa 45 yaşında. Ailəmizin yeganə gəlir yeri anamın işiydi. Onda mən mütləq şəkildə bir neçə işdə işləmək məcburiyyətində qaldım. 19 yaşımda artıq hər iki valideynimi itirmişdim, ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Dostlarımın əhatəsində böyüdüm. Hətta elçiliyimə də dostlarımın ailəsi ilə getmişəm. Qohumlarla əlaqəm kəsilib. İllər sonra mənə utanaraq yaxınlaşırdılar. Özlərini sanki günahkar hesab edirdilər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, mən özüm tək qalmaq istədim. Özüm dedim ki, tək qalacağam, həyata atıldım. Başa düşüm ki, bu nədir! Ona görə bir nəfərlə də əlaqə saxlamadım ki, onlar məni unutsunlar, mən də onları!"
- Azər Aydəmir ailəlidir?
Bəli. Bir övladı var.
- Xanımı qadınlar tərəfindən çox bəyənilən Azər Aydəmiri qısqanır?
O, bu suala bir müsahibəsində belə cavab verib: "Hər qadın ərinin şöhrət qazanmasına dözə bilmir. Bunun dərin psixoloji tərəfləri var. Xanımım mənim uğurlarıma sevinir və pərəstişkarların olması onu incitmir. Xanımım o barədə əjdahadır, şir ürəyi yemiş qadındır. O bilir mən kiməm, mən bilirəm o kimdir. Çətin günləri birlikdə aşmışıq. Bu uğuru 22 yaşımda qazansaydım, yəqin fərqli reaksiyam olardı, evdə tapılmazdım. Amma indi nə etdiyimi bilirəm. Nə baş verdiyinin də, həyat yoldaşımın məndən gözləntilərinin də fərqindəyəm. Ona görə evə də zamana ayırmağı bilirəm, övladıma da. İndi evə daha çox diqqət ayırıram".
- Azər Aydəmir oynadığı rollarda gah prokuror, gah qorxaq, yaltaq bərbər, gah səbirli, tükənmiş alman, gah söyüşkən otel adamı, gah vəhşi qumarbaz. Obrazlarından hansı ona daha çox bənzəyir?
- Aktyorun bu suala cavabı belə olub: "Heç biri. İndi qarşınızda gördüyünüz adam mənəm. Korporativ, səhər doqquzdan axşam altıyacan ofisdə işini görən bir tipəm. Yaradıcı insanam, amma heç istəmirəm ki, məni yalnız yaradıcı insan kimi tanısınlar. Mən də evimin kişisiyəm, mən də təmir etdirmişəm. Həll etdiyim yüzlərlə problem var. Mənimlə kişi kimi söhbət elə də. Yaradıcı adam nə deməkdir? Ona görə, yaradıcı adam tipajında olmaq istəmirəm. Ay sırğa taxım, saçımı uzadım, istəmirəm küçədə baxıb desinlər ki, hə bu yaradıcı adamdır. Görünüşümüzdən çox şey tökülür, haqqımızda danışır".
- Azər Aydəmir rollarında söyüşlərdən, jarqon ifadələrdən çox istifadə edir. Real həyatda söyüşkəndir?
"Söyüş söyən adam deyiləm, amma olur da. Səbirli insanam, di gəl partlayanda özümü saxlaya bilmirəm. Çox maraqlıdır ki, birinə hirslənmişəmsə, ilk bir dəqiqəni ona bağırıram, sonra il ərzində nə qədər məni əsəbiləşdirən adam olubsa, onları da qatıram işin içinə, tökürəm onun üstünə",- deyə o bildirib.
- Azər Aydəmir kaprizli və bahalı aktyordur?
O bu suala "Çox kaprizli deyiləm. Bahalılığa qalınca, prodüserlik bilgilərim olduğuna görə, mövcud bazarı yaxşı bilirəm. Mənim qonorarım bazardakı standart qiymət, standart qonorarlardan üstündür. Amma məndən də baha qonorar alanlar var" cavabını verib.
- Azər Aydəmirin əlavə biznesi var?
Yoxdur, amma 5-6 sahəylə birdən məşğuldur. "ArtBakers" reklam şirkətinin baş direktoru, İTV- nin aparıcılarından biri, "Azərsell"in səsi, reklam bazarında fəaliyyəti var, bəzi şirkətlərin tanıtımı ilə məşğuldur.
- Azər Aydəmir toylara tamada kimi dəvət alır?
O bu günə qədər dəvətlərə "yox" desə də bundan sonra elit toylarda aparıcı kimi iştirak edəcəyini bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
XƏBƏR LENTİ
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Paşinyan yeni pasport üçün şəkil çəkdirdi
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
“44” filminin kinoteatr nümayişində rekord izləyici qeydə alınıb
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
Noyabrın 1-nə olan hava proqnozu açıqlanıb
-
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
-
Kredit götürənlərə pis xəbər! – Bu yaşda olanlar sığortalanmayacaq
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı





