“Atam rəhmətə gedəndə həmin dükan sahibi gəlib dedi ki...”-Telman Adıgözəlovun oğlu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Atam ailəsinə, övladlarına, yaxınlarına çox bağlı biri idi. Əlbəttə ki, hər valideyn kimi o da övladlarının xoş gününü görməyi arzu edirdi. Təəssüf ki, nə mənim, nə də bacımın toyunu görmədi. Həyat onu bizdən tez aldı.. Nə edə bilərdik? Bu da onun taleyidir"
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov deyib. O daha sonra əlavə edib.
"Bu gün doğum günüdür. Doğum günlərini hər zaman yaxınlarının, ailəsinin əhatəsində qeyd edərdi. Dostları, tanışları çox idi. Hər il olduğu kimi həm doğum, həm də anım günlərində atamın məzarını ziyarət edib, dualar oxuyuruq. Nəinki bu günlərdə, adi günlərdə də. Atam Fatmayı kəndində dəfn olunub. Hər dəfə övladlarımı da aparıb məzarını ziyarət edirik. Mənim oğlum onun adını daşıyır" deyə o bildirib.
Tural Adıgözəlov bildirib ki, atası geyinib-keçinməyi çox sevərdi.
"Geyim onun ən yaralı yeri idi. Hər ay özünə mütləq yeni geyim almalı idi. Bakıda olan ən məşhur geyim dükanlarının sahibi onu tanıyırdı. Yeni nəsə gələn kimi birinci atama zəng edərdilər. Atam rəhmətə gedəndə geyim dükanlarının birinin sahibi baş sağlığı verməyə gəlmişdi. Bizə pul qaytarıb dedi ki, atanız özünə gödəkçə sifariş edib, pulunu da öncədən ödəyib" deyə o bildirib.
Tural Adıgözəlov deyib ki, atası həyatda ciddi biri olub.
"Baxmayaraq ki, komik rollar oynayırdı, amma həyatda çox ciddi biri idi. Şit zarafatları sevməzdi və heç vaxt da etməzdi. Müsahibələrinin birində demişdi ki, istəyirəm aktyorlar yaxşı məvacib alsınlar, yaxşı yaşasınlar. Bunu ümumilikdə aktyorlar üçün demişdi. Bəzi adamlar bunu səhv başa düşmüşdülər, elə bilmişdilər ki, atam öz həyatından, yaşayışından şikayət edir. Hər bir sahədə olan insan istəyər ki, öz sahəsində olan insanlar yaxşı dolansınlar. Atam orta yaşayıb, bacardığı qədər də hamıya kömək etməyə çalışıb. Onun adını kimin yanında çəksən hamının üzündə gülüş yaranacaq. Çünki o həyatda da, sənətdə də düzgün insan olub" deyə sənətkarın övladı bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





