“Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vaxtilə qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin sabiq rəisi Qüdrət Şükürov qızı Aysel Şükür evlilik təklifi alıb.
Lakin blogerin 3-cü dəfə ailə qurmağa hazırlaşmağı bəzilərində qıcıq doğurdu.
3 övladı olan blogerin daha əvvəl iki dəfə ailəli olmasını əsas gətirənlər onu tənqid etməyə başladılar. Bəziləri isə iddia edir ki, qarşı tərəf onunla məhz puluna görə ailə qurur.
Görəsən, Azərbaycanda niyə boşanmış, övladları olan xanımların ailə qurması birmənalı qarşılanmır? Bunun altında hansı psixoloji məqamlar yatır?
Milli.Az bildiir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, kişiləri boşanmış, dul qadınlar daha çox cəlb edir:
"Kişi psixologiyası qadından fərqlidir. Həmişə dul, qapalı və boşanmış qadınlar kişiləri daha çox cəlb edib. Şüuraltı qadını qurban obrazında gördüyü üçün, ələlxüsus uşağı da varsa, özünü onun mənəvi və cinsi ehtiyaclarını ödəyəcək yeganə kişi kimi hiss edir. Özünüsübut hissi kişi üçün önəmlidir. Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay. Çünki qadının artıq təcrübəsi var, az-çox öz yanlışlarını və kişi ilə rəftarı bilir. İkinci dəfə ailə qurmaq ayıb bir məsələ deyil. İlk evlilik yanlış seçim ola bilir. Həm cinsi, maddi, həm mənəvi, emosional və xarakter baxımından uyğunlaşmadıqları təqdirdə, insanlar bu gün özlərini travmatik həyat yaşamağa məcbur etmir. Artıq boşanma məsələlərinə yavaş- yavaş uyğunlaşırlar. Bu məsələ birmənalı qarşılanmasaydı, bu qədər boşanma olmazdı.
Azərbaycanda uşaqlı qadınla evlənmək bir az çətin qəbul olunur. Onun da altında çox səbəblər yatır: Ögeylik səbəbindən istismar, aqressiv davranış çox zaman vurğulanır, hərçənd ki, elə doğmalar tərəfindən də bu davranışlar baş verir.
Bu ögey ya doğma məsələsi deyil, insan keyfiyyətinin göstəricisidir".
Psixoloq blogerlərin daim şəxsi həyatı ilə gündəmə gəlməsini tənqid edib və bunun gənclərə pis örnək olduğunu da qeyd edib:
"Blogerin məsələsinə gəlincə isə təbii ki, şəxsi həyatı ilə gündəmə gəlməyin altında diqqətə ehtiyac duyması, özünüsübut dayanır. Təbii ki, Azərbaycan gəncləri üçün yaxşı örnək deyil desək də, müasir dünyada hər şey adi qarşılanır. Yəni evlilik təklifinin, imzanın ilk dəfəsinin həyəcanını anlamaq olar və paylaşmaq olar. Amma 3 kişi ilə yatmağa evlilik adı yapışdırmaq, nə mənəvi dəyərlərə, nə də qadına uyğunlaşmır. Yəni hər kəsin şəxsi həyatı var, ola bilər 15 dən artıq münasibəti olsun. Amma bunu cəmiyyətə göstərməyin adı yoxdur. Bu, boşanmanı təbliğ etməkdir. Adətən məşhur ulduzların da bəziləri şəxsi həyatı ilə gündəmə gəlməyi sevir. Hollivud ulduzu Cennifer Lopez uzun illərdir bu şəkildə trenddə qalmağı sevir. Kimi ağlı ilə, kimi sənəti ilə, kimi isə göstərməyə bir şey qalmadıqda şəxsi həyatını mərkəzə gətirərək aradakı boşluğu doldurur. Həqiqi hisslər qorunur, gizli saxlanılır. Bu hisslər cəmiyyət üçün deyil, ürək üçündür".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





