Nura telekanalları "hədəf aldı": "Olmadığım kimi təqdim olunmaqdan bezmişəm"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Verlişlərə, müsahibələrə getmək istəməməyim səbəbini açıqlamaq istəyirəm. İndiyə kimi (hətta youtube verilişləri) bütün müsahibələrimi montajda kəsib-doğrayıb yayımlayıblar.Son getdiyim "Zarafat bir yana" proqramında hər suala ətraflı, izahla cavab verməyimə baxmayaraq hamısı kəsilib".
Milli.Az lent.az-a istinadən bildirir ki, bu fikirləri öz sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb. O müsahibə verərkən fikirlərinin yarımçıq təqdim olunmasından gileylənib.
"Klassik musiqidən (Vivaldı, Paganini və s.) danışıqlarım ümumiyyətlə yoxdur. Çox fərqli, çoxunun düşünə bilmədiklərini gənclərlə bölüşmüşdüm. Çoxu yayımlanmadı. Bu səbəbdən facebookda yazmağa davam edəcəyəm. Ara-sıra videolar da paylaşacam. Mənim dünyaya baxışım fərqlidir. Müsahibələrim isə kəsilib-doğranılır, haqqımda başqa bir fikir formalaşdırılır. Buna izin verə bilmərəm. Məni olduğum kimi az adam tanıyır. Olmadığım kimi isə təqdim olunmaqdan bezmişəm. Mənim hamı tərəfindən bəyənilmək, sevilmək, başa düşülmək kimi istəyim də yoxdur heç. Amma olmadığım kimi də tanınmaq istəmirəm. Hə, bir də ki, bahalaşma haqqında yazdığım statusdan sonra fərqli müsahibələrim montaj olunuraq sosial şəbəkələrdə paylaşılır. Mən avtomobilimə 95 benzin vururam və onun da qiyməti düşüb. Avtobus və metrodan istifadə etmirəm.
Yəni ki, başqalarına görə özümü həmişə oda atıram. Yazdığım statuslar mənə ancaq problemlər yaradır. Bunu bilin. Trollar tərəfindən bütün səhifələrdə təhqirlərə məruz qalıram, tədbirlərdən kənar qalıram və daha çox problemlər yaşayıram (bir-bir sadalamaq istəmirəm). Hamını anlamağa çalışıram, amma görürəm ki , insanlara yaxşılıq yoxdur.
Ancaq haqqımda layiq olmadığım söhbətlər danışılır. Məni tanımayan, ünsiyyətdə olmadıqlarım da danışır hətta. Səbəbi isə rahat şəkildə hər hansı bir məsələyə fikir bildirə bilməyimdir, yaltaq olmamağımdır, səmimiliyimdir. Bu xüsusiyyətlərimə görə nifrət ediləsi biri olmuşam",- deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





