Şou-biznes

“Heç bir xanım mənim kimi həyat yaşamasın”

12 İyun 2024 12:00
Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyatımdan kitab yazılsa vərəq, mürəkkəb yetməz. Film çəkilsə lent çatmaz. Həyatım o qədər keşməkeşli yolları olub ki, ağır, çətin, şərafətli, şərəfli... Bunların hamısı bir-birini üstələyib, tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm. Bu gün mən ayaqdayam. Hətta verilişinizə biraz qaralardan çıxmış libasdayam. Bunlar hamısı sevginin qarşılığıdır. İstəmirəm tamaşaçıların ovqatını kədərə kökləyim. İstəmirəm onları kədərimə şərik edim". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Sənətçi bildirib ki, heç bir qadının onun yerində olmasını istəmir.  

"Heç bir xanımın yerimdə olmağını istəmərəm. Xarici görünüşüm, səhnədəki gülüşüm demək deyil ki, mən xoşbəxtəm. Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Xanımlarımızı bir çiçək kimi qoxlayıb, əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar". 

Qeyd edək, Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva ötən ilin dekabr ayında resperator qrip virusuna yoluxub. Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən sənətçinin qəfil vəziyyəti pisləşib. Böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. Həkimlərin müdaxiləsinə baxmaraq, Zeynəb Dostəliyevanın həyatını xilas etmək mümkün olmayıb.  Bundan daha əvvəl isə müğənninin oğlu qəfil ürəktutmasından vəfat edib.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.