Meyxanaçı Ruslan: "Anam qucağımda vəfat etdi” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur meyxanaçı Ruslan Müşfiqabadlı bir neçə gün əvvəl itirdiyi anasından söz açıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda söz xiridarı "Xəzər axşamı" verilişinə müsahibəsində danışıb.
Ruslan bildirib ki, valideyni onun qollarında vəfat edib:
"Atam uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər onun yaşayacağı ilə bağlı müəyyən vaxt qoymuşdular. Biz onun dünyasını dəyişəcəyinə hazır idik. Bilirdik ki, onun vəziyyəti günü-gündən pisləşir. Amma anamın ölümü ani oldu. Çünki onun vəfat edəcəyini gözləmirdim. Anam şəkər xəstəsi idi. O, insulin dərmanlarını qəbul edirdi. Mən evə gəlməyincə, anam heç zaman yatmazdı. Gecə saatlarında toydan gəlsəm də, hər zaman evimizin qapısını üzümə anam açırdı. Həmin gün anama zəng vurub söylədim ki, "Ana, qapını aç". O, qapını açıb məni qarşıladı. Dedi ki, yatmağa gedirəm. Səhər gedəsi yerim vardı. Ona dedim ki, "Ana, səhər tezdən məni oyat". Cavab verdi ki, problem yoxdur. Beş dəqiqədən sonra anam məni çağırıb söylədi ki, "Təcili yardım çağır, nəfəsim çatmır". Təcili tibbi yardım gəldi. Onu tibbi maşına mindirəndə qucağımda dünyasını dəyişdi. Həkimlərin qoyduğu rəy gizli trombun olması olub. Tromb kanala düşüb və o, dünyasını dəyişib. Vəsiyyət edə bilmədi. O hadisə baş verəndə mən təşvişə düşdüm, heç bir şey edə bilmədim. Anamın yalnız bir sözü oldu, üç dəfə dedi ki, "Oğlum, qorxma!" Bir tək bu sözü oldu".
Sənətçi vurğulayıb ki, ana haqqında mahnı oxuması onun anasını kədərə boğub:
"Bir ana mahnısı oxumuşdum. Bu mahnını isə içimdən gəldiyinə görə oxumuşdum. Anam belə bir mahnı oxuduğumu bilmirdi. O təsadüfən efirdən eşitmişdi. Anam bu ifama görə çox ağlamışdı. Bacıma zəng vurub demişdi ki, "Tez-tez anadan şeir deyir, mahnı oxuyur. Deyəsən, mənə nəsə olacaq". Hər gün o mahnıya qulaq asıb deyirdi ki, "Hamı üçün oxumusan, nə yaxşı bu mahnını mənim üçün oxudun". Mahnı anamdan mənim üçün yadigar olaraq qaldı".
Meyxanaçı müsahibəsini bu sözlərlə yekunlaşdırıb:
"Anam yuxuma girsə, o yuxudan ayılmaq istəmərəm. İstəyirəm ki, anam mənə desin ki, o dünyada yerim rahatdır. Az da olsa biraz buna görə rahatlıq tapım".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





