Şou-biznes

Rəqsanə Bakıdan niyə uzaqlaşır?

24 May 2010 13:26
Baxış: 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün müğənni Rəqsanə Moskvaya yola düşür. Onun səfəri bir aya yaxın davam edəcək. Müğənni Bakıya iyunun sonlarına doğru qayıtmağı düşünür. Bu barədə Milli.Az xəbər portalına məlumat verən sənətçi bildirib ki, bundan əvvəlki səfərində təxirə düşən konsert proqramlarına iki gündən sonra start veriləcək. Rəqsanə Rusiyanın əksər şəhərlərində solo konsertlə çıxış edəcək.

Əslində, bu tarixlərdə Rəqsanənin paytaxta konsert layihəsi gerçəkləşməli idi. Lakin konserti təxirə salan səbəblər var.

"Vəd etdiyim kimi konsertimdə müğam parçaları oxumalıyam. Amma tələbkarlığım üzündən bu çıxışa özümü hazır görmürəm. Bu səbəbdən də paytaxt konsertini təxirə saldım. Bakı konserti oktyabr ayında gerçəkləşəcək. O vaxta kimi proqramı da hazır edə bilərəm" - deyə sənətçi bildirdi.

Moskvada onun muğam ifasına böyük maraq yarandığını deyən Rəqsanə konsertlərində kiçik parçalara yer ayıracağını qeyd etdi.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.