Rəhim Rəhimlinin son vaxtları: O, öləcəyini bilirdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, verilişin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.
Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.
"Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi", - aparıcı Zemfira Adıgözəlova deyib.
Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:
"Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı".
Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib:
"Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, "Maşın şou"ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim "Maşın şou"dan sonra Azərbaycanın sevimlisi oldu". Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər. "Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi", - şair Könül Nazimqızı söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü





