Şou-biznes

"Avroviziya" səhnəsinə yarıçılpaq çıxdı - VİDEO

8 May 2024 09:51
Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Finlandiyanın səhnədəki çıxışı isə müzakirələrə səbəb olub.

Belə ki, ölkəsini təmsil edən "Windows95man" qrupunun üzvü səhnəyə yarıçılpaq çıxıb. O, yalnız çıxşlarının sonunda şort geyinib. 

Finlandiya sonda finala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışmada "Özünlə apar" mahnısını ifa edən təmsilçilərimiz Fahree və İlkin Dövlətov finala çıxa bilməyib. 

Müsabiqənin ikinci yarımfinalı mayın 9-da, final isə mayın 11-də keçiriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.