Xoşqədəmə evlilik təklifindən danışdı: "Manyaksan, niyə səninlə evlənim?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:
"Məni Xoşqədəmin proqramına dəvət etdilər. Mən də hesab atdım ki, bu qədər göndərsəniz, gələrəm. Göndərdilər, mən də getdim. Proqramdan bir gün əvvəl əlilliyi olan uşaqları görməyə getdik. Xoşqədəmin uşaqlara olan münasibəti mənə heyran etdi. Çox ürəkdən, səmimi idi. Canlı yayımı etdik. Verilişdən çıxandan sonra Xoşqədəmə "Sən mənimlə evlən" dedim. "Manyaksan, niyə səninlə evlənim?" deyə, cavab verdi. Söylədim ki, "Evlən də, nə olacaq ki?" Eləcə aramızda zarafat etdik. "Evlənmək elə o dəqiqə olur ki" deyə, soruşdu. 6 ay normal yazışdıq.
Sonra konsert olduğunu və gələ bilib-bilməyəcəyimi soruşdu. "İşim budur, niyə gəlməyim?" dedim. Komandamla yenə getdik Bakıya. Konsertdən 3 gün əvvəl çatdıq. Bir ggün əvvəl də Azərbaycan şəhid verdi. Dedim ki, "Həyatda bu konsertdə çıxış etmərəm. Türkiyə, ya Azərbaycan nə fərqi var? Şəhid olan bir yerdə atdanıb-düşüb, göbək atıb, rəqs edəcəyik?" Pulu da vermişdilər, məşqlərə getdim. Xoşqədəm soruşdu ki, məşq etmirsiniz, axşam konsert var. Dedim, "Nə konsert, xəbərləri izləmirsən? Harada yaşayırsan sən? Konsert verə bilmərik". Ağlayıb boynuma sarıldı. Soruşdu ki, "Mənə evlən təklifi etmişdin, keçərlidir?" "Keçərlidir" deyə cavab verdim. "Onda qəbul edirəm" söylədi .O qədər vətəninə-millətinə bağldır ki, bunu izah edə bilmərəm. Beləcə evliliyə ilk addımızı atdıq. Dedilər 3 ay sonra bunlar boşanar. Sonra 6 ay, 1 il olmaz, 2 ilə dəqiqdir boşanacaqlar. 2 oğlum oldu. Məni idarə etməyi bildi, sağolsun. Çünki çətin adamam. Ailədə yaşamamış biri nə qədər ailəyə bağlı ola bilər ki? Məni bu mövzuda düzəltdi".
Doğuş iş təklifi aldıqları üçün Azərbaycanda yaşamağı seçdiklərini açıqlayıb:
"İkimizə də Azərbaycanda telekanaldan birlikdə aparıcılıq edərsiniz deyə, iş təklifi gəldi. Əvvəlcə istədi köçək, sonra dedi ki, Azərbaycandan ayrıla bilmərəm. O zaman mən səninlə gəlim dedim. Sonra mənim də Azərbaycanda işlərim oldu. Türkiyədə də evimiz var. İşlərim olanda gəlib həll edirəm. Beləcə bir-birimizi idarə edirik. Azərbaycan vətandaşlığım yoxdur, amma yaşamaq üçün icazəm var. Oranın vətəndaşı olmaq çətindir".
Müğənni övladlarından da söhbət açıb:
"İkisi də yaxşı pianino çalır, amma biri normal deyil. Elə bil ki, Allah mənim bütün musiqi aləmimi alıb ona hədiyyə edib. O, çalanda inana bilməzsən ki, belə bir şey ola bilər. 8 yaşı var, barmaqlarını görə bilmirsən çalanda. Ona ölürəm".
Qeyd edək ki, cütlüyün əkiz oğulları var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





