Bahar ona borc verməyən həmkarına efirdə QARĞIŞ ETDİ – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam. İki il əvvəl ağır xəstələnmişdim. Bununla bağlı çox doğma olan bir insana ağız açdım və maddi köməklik istədim. Mənə 5000 manat lazım idi. Zaman gələcək, onun adını açıqlayacağam. Amma indi yeri deyil. Meyvə yetişib dəriləndə daha gözəl olur. Sonra eşitdim ki, həmin şəxs haqqımda deyib ki, o, tülkülük edir ki, məndən pul alsın. O elə bir insan idi ki, o pulu yalnız ondan istəyə bilərdim, başqasından yox".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Bahar Lətifqızı qonaq olduğu "Evimin qonaqları" verilişində deyib.
Adını açıqlamaq istəmədiyi həmkarından borca pul istədiyini söyləyən sənətçi ona efir vasitəsi ilə qarğış edib:
"Ondan pul istədim, sabahısı gün isə Qazaxıstana toya getdim. Beh almışdım və toy sahibinə də dedim ki, mən xəstələnmişəm. Olar ki, mən gəlməyim? Çünki oxuya bilməyəcəyəm. Toy sahibi demişdi ki, sənin toya gəlib bir mahnını fonoqramla oxumağın yetərlidir. Yetər ki, toya gəl, çünki sənin oğlumun məclisinə gələcəyini niyyət etmişəm. İnanın ki, o Qazaxıstandakı pul mənə kömək etdi. Yenə də öz alın tərimlə qazandığım pul... O insana mənim o qədər etibarım var idi ki... Amma indi də deyirəm ki, o dünyada onu bağışlamayacağam. Mənim çəkdiyimi Allah ona beş qatını çəkdirsin. Çünki o qədər məni yandırdı. Bunu kimə desəm deyər ki, "Sənə ayıb olsun!" Bundan sonra ona bir içim su istəsə, vermərəm! Mən səndən var-dövlət istəmədim. Onu vermək sənin haqqın idi. Bilirdim ki, sənin o pulun var. Çətin məqamda o etibar etdiyin insan yarıda qoydu. Niyə sən ola-ola mən başqa kimdənsə o yardımı istəməli idim? Yenə də istəmədim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
XƏBƏR LENTİ
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi





