"Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış xanəndə Pərviz Qasımovun toya idman geyimində gəlməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. İzləyicilərin əksəriyyəti onu qınayıb, bir çoxu isə "xanım müğənnilərin toya çılpaq geyinməsini alqışlayan kütlə, xanəndənin geyiminə niyə mız qoyur ki?" kimi ifadələr yazıblar.
Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən əməkdar artist Sevinc Sarıyeva bildirib ki, tanınmışlar səhnə və toy geyimində tamaşaçı qarşısına çıxmalıdır.
"Xanəndənin toya idman geyimində gəlməsi əlbəttə ki, düzgün hərəkət deyil. Pərvizdən nə əcəb? O yaxşı oxuyan, muğam ifaçısıdır. Axı belə səhvə yol verməzdi. Bu foto montaj deyil ki?! İnanmıram o toya belə geyinsin. Səhnənin səhnə geyimi var. Müğənni tamaşaçıdan fərqlənməlidir, amma idman geyimi ilə yox. İmic başqa şeydir, soyunub meydana girmək başqa şey. Bizim milli mentalitetimiz var. Hərhalda bunlara riayət etməliyik. Axı Avropa ölkəsi deyilik. Estrada oxuyanların da, muğam ifaçılarının da özlərinə uyğun geyimləri var. Heç kimi qınamıram. Pərviz belə düşüncəsiz iş görməzdi. Görünür Pərviz idmandan gələndə yolüstü toya gedib", - deyə xanəndə bildirib.
Əməkdar artist Nuriyyə Hüseynova isə mövzuya belə münasibət bildirib:
"İnsan bəlkə bağından, iş yerindən çatdıra bilməyib, yolüstü keçib bir ağız oxuyub çıxıb gedib. Bilmirik axı o hansı səbəbdən bu vəziyyətdə oxumağa gedib. Təbii ki, səhnənin səhnə geyimi var. Dəniz kənarında, çimərlikdə insanlara konsert verəndə belə geyinmək normaldır. Qapalı restoranlarda, toyda tamam başqa geyim olmalıdır. Hər yerin, hər səhnənin, hər ortamın geyimi ayrıdır. Bunu da normal, ağlı-huşu başında olanlar bilir. Pərviz ağıllı, mədəni, elit bir oğlandır. Mən düşünmürəm ki, o bunu qəsdən edib. Mövzunu səhifələrdə şişirtmək, müzakirəyə çevirmək lazım deyil. Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir? Yaxud kiminsə qarderobu, kiminsə həyatındakı şəxsdir? Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklamla qaldırıb elə bir vəziyyətə gətirib çıxarıblar ki. Sanki bu ölkənin, bu vətənin, bu torpağın üz qabığı bunlardır. Bunlar olmasa bu ölkə batar. Bunlarsız həyat davam etməz. Bu ölkənin böyük zəfəri, siyasəti, qeyrətli oğulları var. Bir dəfə də onları müzakirə etsinlər də. Vallah mən xəcalət çəkirəm. Bəzən özümə deyirəm ki, ya rəbbim, mən hansı ortamda yaşayıram? Belə həyat olar? Yəqin mən çox irəli getmişəm. Bu günki ortamla heç nəyim uyğun gəlmir. Bəzən darıxıram, sıxılıram. Bu günki gündəmin sonu yoxdur. Bu cür yüngül, bəsit, bayağı şeylərlə biz həyatımızı yürüdüb, vaxtımızı bunlara həsr ediriksə demək ki, doğurdan qiyamətin ucu görünür. O vaxtın adamları həmişə düz deyiblər. Qiyamət elə budur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





