Şou-biznes

Faiq Ağayev onu bıçaqlayan şəxsi niyə bağışladı? - "Atam mənə dedi ki..."

9 Aprel 2024 09:03
Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev 2010-cu ildə onu bıçaqlayan şəxsi atasının istəyi ilə bağışlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Qapqara" verilişində danışıb:

"Atam mənə dedi ki, səni bıçaqlayanı şəxsi bağışla. Bu məsələdən yarım il sonra atam dünyasını dəyişdi. Onun sözündən çıxmadım, həm də daxilən buna hazır idim. Mənim xahişimlə menecerim və digər dostum da onu bağışladı".

Qeyd edək ki, 10 il əvvəl Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Cinayətdə təqsirli bilinən Rüfət Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.