Şou-biznes

Xalq artisti Faiq Ağayev: "Qaşlarımı almıram, uşaqlıqdan belədir"

8 Aprel 2024 22:30
Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyirlər ki, qaşlarını alır. Mənim qaşlarım uşaqlıqdan belə olub".

Milli.Az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində Xalq artisti Faiq Ağayev deyib.

Müğənni qeyd edib ki, insanı sənəti ilə vura bilməyəndə bu cür şayiələr yayırlar. F.Ağayev sevgiyə görə bir müddətlik sənətdən uzaqlaşdığı dövrdən də danışıb:

"Bir ara sənətə xəyanət etdim. Sevgiyə görə səhnədən getdim. Moskvaya köçüb, bir il iki ay orada yaşadım. Bunun səbəbi "Sənə milyonların sevgisi məndən daha artıqdır" cümləsi idi. Sənətdən getdim və həm özüm, həm də onun üçün maraqsızlaşdım. Başa düşdüm ki, sənət və məhəbbət bir yerdə olmalıdır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.