Şou-biznes

Xanımından Rəşad İlyasovla bağlı ETİRAF - FOTO

9 Aprel 2024 06:15
Baxış: 1 247
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rəşad İlyasov "Günaylı gün" proqramına həyat yoldaşı Gülnarə İlyasova ilə birlikdə qatılıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanımı müğənninin geyimlərindən danışıb. O, Əməkdar artist Nigar Şabanovanın "Hər dəfə Rəşadın geyimlərinə pərəstiş edirəm. Gözləyirəm görüm tədbirə nə geyinəcək" sözlərinə belə reaksiya verib:

"Rəşadın nə geyinib, geyinməyəcəyini məndən soruşun. Çünki Rəşad məndən asılıdır". 

"Əvvəl sevgi olur, sonra formasını dəyişir. Bu, təcrübələrimiz və övladlarımızın böyüməsi ilə bağlıdır. Xoşbəxt ailənin bir sirri var: bir-birinə dəyər vermək. Mən bu dəyəri Rəşaddan görüb, disturu özümə çıxartmışam. Hər xırda detala fikir vermək, stimuldur. Adam gündə on beş dəfə çay içirsə, hər dəfə sağ ol deyir" deyə, G.İlyasova əlavə edib.

G.İlyasova tanışlıqlarından danışıb:

"Rəşad məni toyda görüb. Qrup yoldaşımın toyu idi. Həmin vaxt o, məşhur idi. Gizli pərəstiş edirdim. 

R.İlyasov isə "Qarşılıqlıdır" deyə, ona cavab verib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.