Şou-biznes
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lalə Məmmədova: “Şou-biznesdəki kişilər də, qadınlar da çox "yüngül"dür” - FOTOSESSİYA
31 May 2010 09:37
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Kişi düşünəndir, qadın isə hiss edən. Siz necə, ailədə düşünən tərəfsiniz, yoxsa hiss edən tərəf?
- Ailədə qadın hər iki tərəf olmalıdır. Başqa cür mümkün ola bilməz. Necə ki, qadının üzərinə düşdüyü kimi, eyniylə də kişinin üzərinə məsuliyyət düşür. Ailədə qarışıqlı güzəşt və hər şeyi dərk etmək mütləqdir. Müğənninin həyat yoldaşı olmaq iki qat məsuliyyətlidir. Məxsusi olaraq, kişiləri nəzərdə tuturam. Niyə? Çünki, xanım müğənni hər gün cəmiyyət içərisindədir. Ona milyonlar baxır. Və xanım özünü elə aparmalıdır ki, həyat yoldaşına güldən artıq söz gəlməsin. Aildə hər iki tərəf bir-birilərinin işlərində dayaq olmalıdırlar. Amma bilmirəm ki, mən həyat yoldaşımın işlərində nə dərəcədə dayaq oluram. 5 illik ailə təcrübəm imkan vermir ki, ailə ilə bağlı ağızdolusu danışım.
- Şou-biznesə nəzər yetirsək, müğənnilərin əksəriyyətinin həyat yoldaşları yoxdur. Boşanma halı daha çoxdur. Sizcə, bunun səbəbi nədir?
- Ümumiyyətlə, şou-biznes çox qeyri-ciddi və qeyri-səmimi sahədir. Burada kişilər çox yüngül olurlar. Elə qadınlar da. Onların həyat təcrübəsi yoxdur. Onlar necə ki, asan yolla populyar olurlarsa, ailə qurmaq da onlar üçün eyni şeydir. Dərk etmirlər ki, sabahları ailənin başçısı, yaxud anası olacaqlar. Qaldı ki, onların ailələrin dağılmasına, bunun səbəbləri var və çoxdur. Müxtəlif səbəblərdən biri, əgər qadının həyat yoldaşı müharibədə şəhid olursa, qadın dul qalır. Bundan başqa, qadının əri narkomaniyaya qurşanırsa, yaxud cinayət törədib məhbus həyatını yaşayırsa, o cümlədən uşaqlarının gözüqabağında həyat yoldaşını döyüb-söyürsə qadın məcbur olur boşansın. Bu məlum səbəbləri. İndi isə müğənnilərin həyatına fikir verək. Xanım bilməlidir ki, onun həyat yoldaşı müğənnidir və onun getdikcə pərəstişkarları artır, populyar olur. Üstəlik, fərqli-fərqli təkliflər də alır. Bu da ailəyə təsir edən amillərdir. Qadın müğənnilərdə vəziyyət necədir? Qadın müğənni həyat yoldaşına biganə qalır, onun qayğısını çəkə bilmir və nəticədə ayrılmağa gətirib çıxarır. Bütün bunların kökündə qeyri-ciddilik, savadsızlıq durur. Sonradan, müğənnilərin boşanması övladlarına da təsir edir. Adətən, qadınlar fikirləşmirlər ki, sabahları uşaqlarım atasız qalacaq. Gələcəkdə uşaqları nə gözləyir? Ona görə ki, o özü də bu vəziyyəti yaşayıb. Fikirləşir ki, övladım böyüyər, hansısa bir ailəyə gəlin gedər, xoşbəxt də yaşayar. Bax, onların başları elə bu qədər işləyir. Bunun üçün hər şeyi öz daxilində həll edəsən. Ona görə də, boşanma çıxış yolu deyil.
"Övladımın boğazından kəsib, gözəl dekorasiya və reklam xatirinə konsert vermək ..."
- Niyə bu günə qədər solo konsertiniz olmayıb?
- Yeganə solo konsertim Bakı-Slavyan Universitetində olub. O da ki, xeyriyyə konserti idi. Səhv etmirəmsə, həmin konsertin bütün biletlərini neft şirkətlərindən biri almışdı. Çünki Qızıldaş da 11-ci sinifi bitirən internat məktəbinin dörd şagirdinə müəllim tutulmalı idi. İngilis dili müəllimləri birliyi mənə konsertlə bağlı təklif etdilər. Təklifi qəbul etdim və yardım məqsədi ilə xeyriyyə konsertim oldu. Bu hadisə üç il bundan öncə baş verib. Ümumilikdə isə solo konsertim olmayıb. Bunun da müxtəlif səbəbləri var. İfaçı kimi çox böyük əminliklə deyə bilərəm ki, dalbadal bir neçə gün konsert verə bilərəm. Buna görə, tamaşaçıma da, repertuarıma da əminəm. Neçə illərdi ki, solo konsert verməyə hazıram. Ancaq bu işləri təşkilatçılar həyata keçirməlidirlər. Mən müğənni bu gün qapı-qapı gəzib, özümə sponsor axtarmalı deyiləm. Yaxud da cibimdən, övladımın boğazından kəsib, dekorasiyanın gözəl olması və reklam xatirinə solo konsert vermək istəmirəm. Necə ki, bu gün bir çoxları bunu edirlər. Hətta, evini zamin qoyurlar ki, yalnız konsert olsun. Sonra da qapıları taybatay açırlar ki, ay, millət gəl, mənə qulaq as! Nə dərəcədə düzgündür? Hansı məntiqə sığır? Dəxli yoxdur ki, az, yaxud çox qonarar... Eybi yoxdur, verəcəyim konsertdən qonararım az olsun, amma sənətçi kimi konsert verim. Və musiqiçiləri də razı sala bilim. Çünki onların hər biri ailə başçısıdırlar. Buna halal zəhmətlə pul qazanmaq deyirlər. Reklam xatirinə konserti kimin üçün verirəm? Düşünürəm ki, yetərincə reklamım var. Birdən-birə kütlə müğənnisi olmaq məqsədim də yoxdur. Şükür Allaha, bu gün hər şey yerindədir. Bugünki sürətimi maşın sürəti ilə götürsək: 80-dir. Amma stabildir. Birdən-birə 140, 160 sürəti ilə getsəm və sonra yavaş-yavaş sürəti azaldıb, yolun kənarında saxlayım. Özümü belə bir maşının motoruna bənzətmirəm.
Əlbəttə, estetik gözəlliyin tərəfdarıyam. İstərdim ki, konsertimə gələn tamaşaçı gözəl səhnə quruluşu, səs və gözoxşayan sənətçi görsün. Dəfələrlə olub ki, sənətçi yoldaşlarımız konsertlərinə dəvət almışam. Görürsən ki, arxada musiqiçilər əyləşib, amma fonoqram ilə oxuyur. Bu musiqiçiləri niyə əziyyət verib, səhnədə əyləşdirmisən? Canlı solo konsert edirsənsə, o halda, mənasız bir şeydir. Niyə mənim (tamaşaçını nəzərdə tutur) başımı aldadırsan? Fonoqram ilə oxumaq olar. Amma mahnıda elə bir musiqi alətinin səsi olur ki, o məqamda fonoqrama ehtiyac duyulur. Yenə də fonoqramın tərəfdarı deyiləm. Elə həmin mahnı da canlı olsa, daha yaxşı olar. Bu günə qədər "Məktəb illəri" mahnısını ifa edəndə, musiqiçilərdən məni müşayiət etməsini xahiş edirəm. Amma müşayiət zamanı eyni effekt olmur, başqa səslənmənin şahidi oluram. Elə vaxt olur ki, müğənnilər "minus" adlandırdığımız səslənmə zamanı üstündən canlı oxuyurlar. Bunun da tərəfdarı deyiləm. Çünki "minus" adlandırdığımız səslənmə səsyazma studiyasında balanslaşdırılmış səslənmədir. Bu "minus"un üstündə mahnı oxusam, gərək səsim o dərəcədə ideallaşmalıdır ki, özüm öz səsimi eşidim, o cümlədən tamaşaçı da səsimi eşitsin. Balansın pozulmaması üçün musiqiçilərin müşayiəti ilə canlı ifanı daha məsləhətə uyğun hesab edirəm.
- Ümumiyyətlə, təşkilatçılar sizin solo konsertinizin təşkil olunması ilə bağlı müraciət ediblər?
- Bəli, müraciət ediblər. Onu da bildirim ki, bu gün qeyri-peşəkar təşkilatçılar peyda olublar. Hətta, həmin qeyri-peşəkar təşkilatçılar solo konsertimi keçirmək üçün mənə müraciət də ediblər. Mən də razılığımı verib, onların qeyripeşəkarlığının qurbanı olmuşam. Nəticədə, konsertin vaxtına az qala və konsertimə hazırlıq üçün musiqiçilərlə məşq etdiyimiz, üstəlik afişalarımın da yayımlanması ərəfəsində həmin qeyri-peşəkar təşkilatçılardan bir xəbər çıxmadı. Beləliklə, bu cür hadisə iki dəfə başıma gəlib. Hər halda, ağıllı təşkilatçı layihəni elə qura bilər ki, həm özü, həm də müğənni qazana bilər. Mənim aləmimdə kişi sözü tamam başqa, peşəkarlıq-sənət isə tamam başqa bir amildir.
"Bədənimi göstərməklə kütlədə elə bir maraq yarada bilərəm ki, ..."
- Müğənni Röya ildə 3-4 dəfə anşlaqla konsert proqramı ilə çıxış edir. Amma siz heç ildə bir dəfə də olsa, konsert verə bilmirsiniz. Üstəlik, nəzərə alsaq ki, sizin görkəminiz Röyanın görkəmindən daha cəlbedicidir, səsiniz də onunkundan gözəldir, musiqi təhsiliniz, savadınız da onunkundan artıqdır. Amma bütün bu üstünlüklərinizə baxmayaraq, Röya sizi qabaqlayır.
- Sənətdə çirkinlik və gözəllik əsas deyil, əsas yaradıcılıq fəaliyyətidir. Düzdür, Röyanın dinləyiciləri çoxdur. Və bir də ki, bayaq dediyim kimi kütlə müğənnisi var. Röya özü də deyir ki, evimi qoyuram konsert edirəm (gülür). Heç kəs konsertdən pul götürmür. Əgər mən də o yolla konsert versəm, həyata keçirə bilərəm. Səbəbini dediyim kimi, niyə axı konsert etməliyəm? Bəlkə, mən konsert etsəm, konsertimə gələn olmayacaq? Mənə elə gəlir ki, gələn olacaq. Stadionda olmasın, ya Heydər Əliyev adına Sarayda, ya da Opera və Balet teatrında olsun. Artıq 18 ildir ki, sənətdəyəm. Düzdür, sənətdə illər göstərici deyil. Çünki neçə illərdi bu sənətdə olan müğənnilər var ki, konsert versələr 3 nəfər həmin konsertə gedər, ya getməz. Burada, tək illər hesablanmır. Populyarlığı əldə etmək olar. Amma peşəkarlıq və tamaşaçı sevgisini pulla almaq olmaz. Bəli, konsertdə milyonları ətrafıma yığa bilərəm. Üzr istəyirəm, bədənimin hər hansı bir əzasını göstərməklə kütlədə elə bir maraq yarada bilərəm ki, hətta, musiqini sevməyən bir insan maraq üçün konsertimə gələ bilər. Amma mən bu üsullara əl atmıram və belə şeyləri də sevmirəm. Onun üçün də yaşamıram ki, nə vaxtsa konsert verim. Sonda bir daha qeyd edirəm ki, hərtərəfli olaraq, konsert verməyə hazıram. Bugünki gün mən Lalə Məmmədova solo konsert keçirməkdə böyük bir marağım da yoxdur. Əgər kimsə bu işləri görmək istəsə, o zaman müraciət edə bilər.
- Sizdən sonrakı gənc nəsil yetişir. Həmin gənc nəsilin repertuarları sizi qane edirmi?
- Bu yaxınlarda şou verilişlərinin birində çıxış edərkən, həmin o gənclər bildirdiyim fikiri düzgün başa düşmədilər. Nə dedim? Dedim ki, son zamanlar radio dalğalarında eşidirəm ki, ağlamalı, skiripka ilə "mələşə-mələşə" türksayağı mahnının hansısa qırağından-bucağından götürüb, mahnı oxuyurlar. Bundan sonra qeyd etdim ki, Sezen Aksunun, Ajda pekkanın, Kayahanın və başqa türk musiqi sənətinin seçilmiş müğənnilərinin mahnılarından istifadə edin. Türkiyənin hər hansı daşlı-kəsəkli kəndindən gəlib, təsadüfən musiqiçi olub. Və siz də gedib, onların mahnılardan istifadə edirsiniz. Nə isə... Elə bu sözlərimdən sonra bizim gənc ifaçılarımızdan biri efirdə deyib ki, o cür, altı-səkkizlik musiqiləri Lalə Məmmədova toy tutmaq üçün ifa edir. Heç bilmirəm də o kimdir. Bunu da mənə, eşidənlər dedilər. Bu, tamam savadsızlıqdan irəli gəlir. Altı-səkkizlik mənim milli ritmimdir. Düzdür, bu ritmdə oxumuşam və fəxr də edirəm. Türk müğənnilərinin repertuarlarından (Kayahandan, Sezen Aksudan, Candan Erçetindən) oxumuşam. Türkiyənin hər hansı pis nümunələrini oxumuram ki! Sən isə dünən çıxmısan. Bəlkə də, böyük istedad sahibisən. Ancaq gör ki, nə dərəcədə savadsızsan. Əsasən, gənclərin bu kimi savadsızlıqları məni narahat edir. Qınamıram. Bəzi məşhur müğənnilərimiz var ki, onları tənqid etmirəm. Amma mənəvi haqqım çatır ki, kiməsə düzgün yol göstərim. Fikir verin! Nəzər yetirsək, bu cür axının qarşısında çox az adam var ki, sırf sənət üçün gəlsin. Əksəriyyəti pul qazanmağa görə gəlirlər. Yenə də qınamıram. Çünki televizora baxır görür ki, hər hansı bir məşhur müğənni bahalı maşında, bahalı və bəzənmiş bir evdə yaşayır. Üstəlik də, deyir ki, mən bunları öz sənətimlə qazanmışam. Onlara baxanda düşünür ki, heç mənim səsim onlardan geri qalmır ki?! O, bir damcı səsi ilə bu qədər mal-mülkə sahib olubsa, mən niyə sahib olmayım?! Amma bilmir ki, müğənni olmağın arxasında nələr dayanıb. Hazırda valideynlər övladlarını musiqi müəlliməsinin yanına aparırlar ki, gələcəkdə övladları müğənni olsun. Hətta, övladlarını birbaşa müğənni yanına da aparırlar ki, müğənni özü ilə toya aparsın, beş-on manat pul qazansın. Səbəblər çoxdur. Ancaq savad almaq üçün can-fəşanlıq edənlər yoxdur. Varsa da, həddindən artıq çox azdır. Məsələn, Nurlan Növrəslini bəyənirəm. Çünki sırf Azərbaycan klassik ifasını nümayiş etdirir. Ümumiyyətlə, onların ailəsi musiqiçi ailəsidir. Həmçinin, qardaşı Şahin Növrəslini qeyd edərdim. Bundan əlavə, Elnur Quliyevi və Emin Bədəlovu da (ləqəbi saqqız) qeyd edərdim. Bir gün Emin Bədəlov (ləqəbi saqqız) bizimlə ABŞ-a gedəndə düşündüm ki, o, orada nə oxuyacaq? O, orada İbrahim Topçubaşovdan, Rauf Hacıyev və başqa bəstəkarlardan mahnı oxudu. Çox da xoşuma gəldi. Ümumiyyətlə, gənclərin 70%-nin repertuarlarını bəyənmirəm. Səbəbi də, bilidirdiyim kimi yalnız toylara olan marağın olması.
"Müəllimlik maaşımla nəyinki səhnə ehtiyaclarımı, heç ailəmi saxlaya bilmərəm"
- Müxtəlif adlarda musiqi qrupları var ki, günü-gündən artır. Həmin qruplarla bağlı nə deyə bilərsiniz?
- Heç bilirsən ki, nə qədər tanınmamış qruplar var? Üç nəfərdən ibarət qrup, üçü də unison səsdə... Onlara baxanda da cılızlığı açıq-aydın hiss olunur. Çünki onun-bunun "minus"unu üstündən mahnı oxuyurlar. Bu cür işləməyi yaradıcılıq adlandırmaq olar? Əlbəttə ki, yox. Yalnız, tək-tük qruplar var ki, öz üzərlərində işləyir. Bundan əlavə, gənclərin əksəriyyətinin monotonlu ifa tərzi var. Bununda səbəbi, onların musiqiyə birtərəfli qulaq asmaqlarından irəli gəlir. Onlar hər bir janrı dinləsələr, onlarda bu cür monotonluq olmaz. Pis çıxmasın, tutuquşu kimi bir-birini təkrarlayırlar. Adətən də, bu, kişi ifaçıların da gözəçarpacaq qədər hiss olunur. Fikir vermişəm, ya toylarda, ya da efirlərdə tez-tez danışırlar. Necə ki, göldə qurbağa olur, həmin vəziyyəti yaradırlar.
- Toya neçəyə gedirsiniz?
- Toya yarım saatı 2.500 (iki min beş yüz), bütövlükdə isə musiqiçilərimlə birgə 6.000 (altı min) manata gedirəm. Tam əminliklə deyə bilərəm ki, çıxışlarım zamanı sırf səviyyəli və toya aid mahnılar ifa edirəm. Onu da bilin ki, toyda oxuduğum mahnını səhnədə, səhnədə oxuduğum hər hansı ciddi bir mahnını isə toyda oxuya bilmərəm. Arada olur ki, toyda ciddi mahnılar oxuyuram. Çünki toydan toya da fərq var. Üstəlik, burada bölgələrin də rolu var.
- Hər halda, toydan əldə etdiyiniz məvaciblə konsert vermək imkanınız var.
- Yox. Niyə? Toydan qazandığımın məvacibin 80 %-i yaradıcılığıma istifadə olunur. Baxmayaraq ki, həyat yoldaşım da iş adamıdır. Onun da qazancları var. Sözsüz ki, hər birimizin qazancı ailəyə gəlir. Həyat yoldaşımın köməkliyi olmasa, mən heç həmin qazancın 80 %-ni yaradıcılığıma istifadə edə bilmərəm. Onsuz da reklam üçün pul xərclənir. Əlavə olaraq, bir də reklam üçün konsertə də pul xərcləyim? Konsertə xərclədiyim pula, yeni mahnı oxuyaram, yeni klip çəkdirərəm. Üstəlik, səviyyəli və dönüş nöqtəsi edən bir layihə edərəm.
- Siz, həm müğənni, həm də müəlliməsiniz. Niyə pedaqoji fəalyyətinizə deyil, məhz müğənni fəalliyyətinizə daha çox önəm verirsiniz?
- Bu, yəqin genlə gələn bir şeydir. Pedaqoji fəliyyətim, müğənnilik fəaliyyətimə heç bir çətinlik və maneəçilik törətmir. Çünki dərs dediyim ingilis dili fənni qastrol səfərlərimdə, əcnəbilərlə olan münasibətimdə birbaşa mənə köməklik göstərən amildir. Ondan necə imtina edə bilərəm? İnanmıram ki, ifaçı kimi də məni dinləyən və izləyən insanlar axsamağımı görsünlər. Mənə elə gəlir ki, bir növ genlə bağlıdır. Rəhmətlik babam Novruz Novruzov Respublikanın əməkdar müəllimi olub. O, həmçinin Siyəzən rayonunun millət vəkili və neçə illər internat məktəbinin direktoru vəzifəsində çalışmışdır. O cümlədən, valideynlərim, xalalarım da müəllimə olublar. Ümumiyyətlə, nəsilimiz müəllim nəsli kimi tanınır. Sırf müğənni olsaydım da, birdən-birə nömrə bir, ulduz olmaq məqsədi ilə deyil, qəlbimdən keçən mahnıları oxuyardım. Amma əlbəttə, sənətçi kimi başqa yollarla da - konsert verməklə, disk çıxarmaqla pul qazana bilərdim. Özümü sırf toy müğənnisi adlandırmasam da, amma toylara getməklə pul qazanıram. Müəllimlik fəaliyyətidən də aldığım məvacib yüksək deyil. Həmin məvaciblə, nəyin ki səhnə fəaliyyətimin ehtiyaclarını, heç ailəmi saxlaya bilmərəm.
Fuad Mədətov
Milli.Az
--------------------------------------------------------------------------------

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
-
Yalçın Babayev işdən azad edildi
-
Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Albert İvanov vəfat etdi
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür