Sahib Elçindən niyə inciyib? - “10 il keçdi, amma zəng etmədi” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Sahib İbrahimov həmkarı Elçin Cəfərovdan inciyib.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə"verilişində qonaq olarkən bildirib. O, bunun səbəbini isə belə izah edib:
"Elçin məndən yaşca kiçikdir. İncəsənət Universitetini yaşlı vaxtımda oxumuşam. O zaman Elçinlə yaxşı münasibətimiz var idi. "Şirin şipşirin" mahnısı çıxmışdı, təzəcə populyarlaşırdı. Bacım qızının toyu olacaqdı və bəzi sənətçiləri dəvət etmişdim. Bacım qızı Elçini də məclisə çağırmağımı istədi. Dedim ki, o mənim kiçik qardaşımdır və bizim çox gözəl münasibətimiz olub. Zəng vurdum, köməkçisi telefona cavab verdi. Dedim ki, onu axtaran tələbə yoldaşı Sahib İbrahimovdur, mənə zəng etsin. Bacım qızının toyudur, dəvət etmək istəyirəm. Köməkçisi "yaxşı" deyib dəstəyi asdı.
İki gün keçdi, zəng gəlmədi. Növbəti gün yenidən Elçinin nömrəsinə yığdım. Dəstəyi köməkçisi götürdü və dedi ki, "Elçinə onu bacınızın qızının toyuna dəvət etmək istədiyini çatdırmışam. Özü sizinlə əlaqə saxlayacaq". Bu söhbətin üstündən 10 il keçib, amma Elçin zəng etmədi. Söz açıldı ona görə dedim. Mən Elçindən çox incimişəm. Qəlbim ondan sınıb".
Proqramda qonaq olan Elçin isə cavab olaraq bunları deyib:
"Kiçiyə də, böyüyə də hər zaman hörmətim var. Sahib böyük sənətkardır. Hansısa məkana daxil olan şəxs salam verməlidir. O salamı da mütləq almalısan, çünki Allahın salamıdır. Əziz qardaşım, 2009-cu ildən bu kini mənə niyə saxlamısan? Görüşərdik, söhbət edərdik. Biz dəfələrlə çəkilişlərdə görüşmüşük. Bu çox xırda söhbətdir. Əgər qəlbinə dəymişəmsə, üzr istəyirəm. Bu aləmdə belə söhbətlər çox olur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





