"Bilirik ki, bunu etməsək, heçkim bizə qazanc verməyəcək."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim üçün Azərbaycanda iki ulduz var. Biri Aygün Kazımova, digəri isə Röya Ayxandır".
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sərxan Kərəmoğlu "Həmin Zaur" verilişində səsləndirib. O, hazırda müğənni olaraq faəliyyət göstərən xanım ifaçılardan da söz açıb:
"Deyilə bilər ki, müstəqillik dövründə boşluğa düşüb, çox tanınanlar var. Amma boşluq deyildi. Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Aygün Kazımova, daha sonra isə gələn Röyadır ki, onların oxuduqları mahnılar əsl Azərbaycan estradasıdır. Hazırda ifaçılar ancaq toylar, el şənlikləri, ad günləri, konsertlər üçün oxuyur. Çünki bizim başqa qazanc yerimiz yoxdur. Bilirik ki, bunu etməsək, kimsə bizə qazanc verməyəcək. Ona görə də, indiki gələn o qızlar ki var, hamı qınayır, qısqanclıq gözü ilə baxır, onlar çox ağıllı iş görürlər. Çünki onlar çox gözəl bilir ki, bir neçə il sonra olmayacaqlar. Qazandıqlarını yığmalıdırlar. Strategiyaları çox düzgündür. 70 yaş civarında olan müğənnilərimiz var, iki otaqlı evdə yaşayırlar, yeməyə çörəkləri belə yoxdur. İndiki qızlar isə çox düzgün yol tutublar, doğru edirlər. Toya gedirəm, toyda mənim qonağımı əyləndirəcək adam lazımdır. İstər aparıcı olsun, istər musiqiçi. Bəzi aparıcılar toylarda mikrofonu əlinə alıb, zay-zay danışmağa başlayırlar. Sənə camaat pul verib gətirir ki, problemlərdən çıxan qonaqları əyləndirəsən. Sən kimə ağıl verirsən?"
Sərxan Kərəmoğlu aparıcı Zaur Kamalın "Sənin üçün əsl ulduz kimdir?" sualını belə cavablandırıb:
"Mənim üçün əsl ulduz Aygün Kazımovadır. Ancaq onun bəzi xasiyyəti və xarakterinə görə, bir qisim insan ola bilsin ki, Aygünü sevməsin. Lakin o, ulduz doğulub. Bir də Röyadır. Amma burada bir məsələ var ki, Aygün Kazımovanın elədiyi inqilabı heç kəs etməyib. O, ölənə qədər ulduz olacaq. Röya isə Azərbaycan sənəti üçün tapıntıdır. Bilirsiniz nəyə görə? Səsi, sənəti, hamısını kənara qoyuram. O, Zeynəb Xanlarovadan sonra ikinci adamdır ki, Azərbaycanın 99 faizi onu sevir. Elə adam çıxarın qarşıma ki, Röyanı sevməsin. Milyonda 3-4 nəfərdir. Heç bir ölkədə elə adam yoxdur ki, Röya kimi sevilsin. Ondan heç bir asılılığım yoxdur. Ancaq göydə Allah var".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





