Allahverdi Yolçuyev: “Ümid edirəm əməliyyat yaxşı keçər” - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16:35
Tanınmış aktyor Allahverdi Yolçuyev yaxın günlərdə əməliyyat olunacaq.
Milli.Az xəbərə verir ki, bu barədə Oxu.Az-a aktyorun özü məlumat verib.
O, dörd ildir ki, Parkinson xəstəliyi ilə mübarizə apardığını qeyd edib:
"Bu xəstəlik beyin hüceyrələrini öldürür. Əlim əsir, dayanmır. İnkişaf etmiş ölkələrdə bu xəstəliyi müalicə edirlər. Lakin əməliyyat da olunmalısan. Əməliyyatı bahadır. Əməliyyat edib, beyinə çip yerləşdirirlər. Artıq bizdə də bu əməliyyatı edirlər. İki nəfər əməliyyat edilib. Beyinə çip yerləşdirmə əməliyyatı müvəffəqiyyətlə nəticələnib.
Həkimlə də görüşdüm. Bir həftəyə müayinə prosesi baş tutacaq. Hər şey uyğun olsa, yaxın günlərdə əməliyyat oluna bilərəm".
A.Yolçuyev əməliyyatın təhlükəsi olmadığını əlavə edib:
"Başqa yolum yoxdur. Əməliyyat olunmalıyam. Çünki əsmə getdikcə artır. Əməliyyatın ödənişini də klinika öz üzərinə götürüb. Dəstək olan hər kəsə təşəkkür edirəm. Rahatam. Qorxum yoxdur. Əsmə əslində eybəcərlik deyil. Sadəcə narahat olanda çox pis oluram. Beyinlə əlaqədardır, əsəbi olursan, qorxursan, gözünə kimsə görünə bilər. Ümid edirəm ki, yaxşı olar".
Xatırladaq ki, ötən gün verilişlərin birində aktyor Allahverdi Yolçuyev əməliyyat olunacağını dilə gətirib.
---------
09:02
Uzun zamandır "Parkinson" (həyat səviyyəsini pozan, hərəkətlərdə yavaşlama və sarsıntı ilə başlayan və müalic təqdirdə insə olunmadığıanları yataqdan asılı vəziyyətə gətirən bir xəstəlik - red.) xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev əməliyyat olunacaq.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətkar "Həmin Zaur" verilişində məlumat verib.
Yolçuyev bildirib ki, bir sıra xarici ölkələrdə gerçəkləşən bu əməliyyat artıq Azərbaycanda da mümkümdür:
"Şükür ki, artıq Azərbaycanda da beyinə çip yerləşdirmə əməliyyatını edirlər. Qazaxıstanda bu əməliyyatın qiyməti 10 min dollardan çox idi. Türkiyədən gələn həkimlər demişdilər ki, "sənətçidir, 30 minə yox, 25 min dollara edərik". Bu yaxınlarda isə Türkiyədən bir professor gəlmişdi, o da dedi ki, "aparaq Türkiyədə edək", amma mən qorxdum, razılaşmadım. Şükür ki, indi Azərbaycanda var".
Proqramın gedişatında Allahverdi Yolçuyevin əməliyyat xərci (təxminən 37 min manat) xəstəxana tərəfindən təmannasız şəkildə qarşılanacağı diqqətə çatdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir





