Model müalicə aldığı mərkəzdən qaçdı - keçmiş ərinin yanına getdi – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, uzun illər əvvəl Xalq artisti Faiq Ağayevin, müğənni Samir Bağırovun kliplərinə çəkilən, şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova narkotik aludəçiliyindən xilas olmaq üçün bir neçə ay əvvəl "Elgizlə izlə" ictimai-sosial verilişinə gələrək kömək istəmişdi. Bu asılılıqdan qurtulmaq üçün veriliş vasitəsi ilə Təhminə 6 aylıq reabilitasiya mərkəzinə göndərilmişdi.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, proqramın aparıcısı Elgiz Əkbər bildirib ki, Rövşanə müalicəsinin 6 ayı tamam olmamış reabilitasiya mərkəzini özbaşna tərk edib və narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş ərinin evində gecələyib.
Studiyaya gələn R.Kərimova bu addımını anasının dözülməz vəziyyətdə yaşaması ilə əlaqələndirib:
"Anamın bu vəziyyətdə olması, xarabalıqda yaşaması mənim sağalmağıma maneə olur. Mən bunları qəbul edə bilmədim, buna görə də reabilitasiya mərkəzindən çıxdım. O hissləri qaldıra bilmədim".
Elgiz keçmiş modelə həm özü, həm də həkim tərəfindən maddi yardım olunduğunu vurğulayıb:
"Mən sənə demədim ki, ev tuturam. Həkim də sənə bunun üçün dəstək göstərdi. Sənə dedim ki, müalicə aldığın mərkəzin yanında ev tutacağıq və həkim 4 ay əvvəlcədən kirayə pulunu ödəyəcək. Sən indi bunları bəhanə edirsən və keçmiş həyatına qayıtmaq istəyirsən. Sən gecəni narkotik asılılığından əziyyət çəkən keçmiş ərinin yanında keçirmisən. Axı, sənin orada nə işin var? Mən dünən sənə 100 manat pul da vermişdim. Xəstə və səfalət içində yaşayan anasını atıb çöllərə, 100 manatı da qoyub cibinə gedib keçmiş ərinin yanına. Mən çox heyifslənirəm ki, sənə o qədər insan dəstək oldu ki, sağalasan, düz yola qayıdasan, balalarının başının üstündə olasan. Anan qaraciyər serrozundan əziyyət çəkir".
Onun bu sözlərinə isə R.Kərimova bu fikirləri səsləndirib:
"Mənim artıq narkoman profilim var. Mən nə desəm də, heç kim mənə inanmayacaq. Mənim narkotikdən aktiv istifadə etməyə fikrim yoxdur".
Qeyd edək ki, bir neçə ay əvvəl Rövşanə Kərimovanın (Təhminə - red.) anası sözügedən verilişə çıxaraq "Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, Malakan bağında mənzilimiz, Sabunçu dairəsində yaşıl darvazalı villamız - hamısını satdı. Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. Bizim o qədər pulumuz var idi, bilmirdik, hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın aludəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır" açıqlamasını vermişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





