“İlhamə Quliyevanın sağlığında danışa bilmirdinizsə, indi mumlayın, ölünün...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən Azərbaycanda yaşayanda, şou-biznesin mərkəzində olduğum üçün çox da fərqinə varmırdım. Düşünürdüm ki, elə belə də olmalıdır. Moskvada yaşayandan Azərbaycan şou-biznesi çox aydın görünür. Primitiv, bəsit mövzuların üstündə söz-söhbət baş alıb gedir. Bu da o deməkdir ki, şou-biznesdə özbaşnalıqdır. Rəhmətlik İlhamə xanım Quliyevanın vaxtında hardasa böyük-kiçik məsələsi var idi. Haqlı-haqsız bilinirdi. İlhamə xanım həddini bilməyənləri yerində oturdurdu. İlhamə xanım rəhmətə gedəndən sonra vaxtilə danışa bilməyənlər çıxıb danışdılar. Buna da kimlər şərait yaratdı? Vaxtilə İlhamə xanımın yanında yaltaqlanan, ona hər gün kompliment deyən bəzi aparıcılar. Onlar bəzi adamları verilişlərində çıxarıb reytinq naminə danışdırdı. Amma bu kənardan çox pis görünür. Onlar həmin aparıcıların verilişində bəzən İlhamə xanımın ünvanına da xoşagəlməz sözlər dedilər. Xalq hamısını çox yaxşı tanıyır. Onların rəylərdə cavabını da verirlər. Ay aparıcı, ay müğənni hünərin çatdırsa İlhamə xanının sağlığında deyərdin bu sözləri. Ölünün arxasınca danışmazlar. Kimin hünəri çatırdısa onun sağlığında danışardı. Danışa bilmirdilərsə indi mumlayıb, sussunlar"
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib.
O daha sonra toy sahəsindən danışıb.
"Toy özü böyük bir məktəbdir. Hər adamın hünəri çatmır ki, 6 saat hər gün yeni-yeni mahnılarla, repertuarını təzələyə-təzələyə insanların ruhunu oxşasın. Bu da hər müğənniyə nəsib olmur. Özümü toy sahəsində ən uğurlu 3-5 müğənnidən biri hesab edirəm. Kifayət qədər normal qonorara el şənliklərinə dəvət alıramsa, bu özü bir uğurdur. İnsanlara zorla deyə bilməzsən ki, sən Allah məni özünlə toya apar. 1-2 toya səni xətir-hörmətə dəvət edərlər, bəs ondan sonra?! Bu illərlə, aylarla davam edirsə demək ki, uğur ortadadır" deyə müğənni bitir.
Sənətçi bildirib ki, toy məclislərində muğama bir o qədər də yer yerilmir. Amma istisnalar var.
"Mən toy sahəsini həm şou-biznesə aid edirəm, həm də çox ciddi bir sahəyə. Toy dedikdə gözümüzün qabağına şənlənmək, oynamaq gəlir. Bizim ixtiyarımız yoxdur ki, illərlə gözlədikləri gün gedib onları ağladıb, kədərləndirək. Onlara sevinc bəxş etməyə gedirik. İnsanların illərlə arzuladıqları gün üçün dəvət etdikləri müğənni də demək ki, ciddi bir müğənnidir. Toy ab-havasında muğama çox da tələbat yoxdur. Bunu hamı təsdiq edə bilər. Çünki 4-5 saat davam edən haylü-küylü məclisdə insanlar rəqs edib, əylənmək istəyirlər. O səbəbdəndir ki, xanəndələr toya dəvət almır. Amma Bakı, Qarabağ bölgəsində müəyyən qədər muğamlara yer verildiyinin şahidi olmuşam. Amma demək olar ki, son vaxtlar o da azalmağa doğru gedir. Muğam oxuyanlardan hansılar öz repertuarlarını toy sahəsinə uyğunlaşdırıblarsa, həmin xanəndələrdə toy sahəsində aktivlik hiss olunur. Gənc xanəndələr var ki, repertuarlarını artıq toy sahəsinə uyğunlaşdırıblar. Bu da onların bu gün gündəmdə olmaqlarına köməkdir" deyə müğənni bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir





