“O vaxt niyə bizim adımıza söz çıxmırdı, Yaşar Nuri rəhmətə gedəndən sonra...”- FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Teatrda çalışmaq həm çətindir, həm də insana zövq verir. Elə obrazlarım olub ki, onları oynayanda sırf həmin obraz kimi özümü hiss etmişəm. Şuxdursa şux olmuşam, qəmli obraz yaratmışamsa, həyatda da kədərli olmuşam, obrazın yerişini, duruşunu axtarıb tapmışam. Oynadığım obrazlarımın həyatını çalışmışam ki, müvəqqəti də olsa şəxsi həyatımda da yaşayım. Bütün bunlar müvəqqəti olub. İlk tamaşa oynayana qədər. Sonra o təsir qalmayıb. Bu sənət çox çətindir. Gərək sənəti özündən də çox sevəsən ki, özünü ona qurban verəsən. İstəyirəm ki, bu sahəyə sənəti sevən gənclər gəlsin"
Milli.Az bildirir ki, bunu moderator.az-a xalq artisti, Akdemik Milli Dram teatrının aparıcı aktrisası Firəngiz Mütəllimova deyib. O daha sonra xalq artisti, sənət dostu Yaşar Nuri ilə bağlı danışıb.
"Mən böyük sənətkarımız Yaşar Nuri ilə dəfələrlə tərəf müqabili olmuşam, oynamışam. Tək "Səni axtarıram" televiziya tamaşası deyildi ki. Bütün bayram çəkilişlərində, teatr tamaşalarında birlikdə oynayırdıq. Mənə çox qəribə gəlir ki, o vaxt niyə bizim adımıza söz çıxmırdı, Yaşar Nuri rəhmətə gedəndən sonra hər şey baş verdi?! Mən bilirdim ki, o ailəsini, həyat yoldaşı Rəhimə xanımı necə çox sevir. Heç ağlımın ucundan belə şey keçməyib. Yaxınlarımdan da heç kim mənə deməyib ki, o səni sevir, sən onu sevirsən?! Eşitməmişəm! Mən bunu son vaxtlar eşidirəm. Həqiqətən də bu kimi söhbətlər məni bezdirib, usandırır" deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, son məlumatları saytlardan oxuyur.
"Azərbaycan balaca bir ölkədir, qurban olaram vətənimə. Hamı bir-birini çox gözəl tanıyır. Efir güzgüdür. Efiri izləyən tamaşaçı bilir ki, kim nəyi düz danışır, kim yalan danışır, kim oynayır, kim səmimidir?! Mən gündüz efirlərini izləmirəm, axşam da daha çox xəbərlərə baxıram. Türkiyədə sevdiyim 1-2 serialım var ki, onların izləyicisiyəm. Ən çox hörmət etdiyim bir neçə internet saytlarını izləyirəm. Son xəbərləri oradan oxuyuram" deyə aktrisa bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır





